Hacı Zeynal hamamı — Sabunçu rayonunun Kürdəxanı kəndində Məşədi Aqil küçəsində yerləşən tarixi abidə.
Hacı Zeynal hamamı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Kürdəxanı |
Tikilmə tarixi | XVII əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Hamamı vestibül, soyunma zalı, aralıq kamerası, fərdi otağa malik yuyunma zalı, qaynar və soyuq su anbarı olan xəznə və odluq kamerası olan külxanadan ibarətdir. Hamam yarısı yerin altında olmaqla iki günbəzlidir. Hamamın giriş qapısı tağ şəklindədir.
Hacı Zeynal hamamı XVII əsrə aid tarixi abidədir.[1]. Hamam həftənin bir günü kişilər, qalan günlər isə qadınlar üçün fəaliyyət göstərərmiş. Hamam XX əsrin 70-ci illərinə qədər fəaliyyət göstərmişdir. Hamamda 2020-ci ildə təmir və bərpa işləri aparılmışdır[2].