Hacıağa İbrahimbəyli

Hacıağa Məmmədəli oğlu İbrahimbəyli (8 dekabr 1890, Salyan, Cavad qəzasıbilinmir, Bakı) — azərbaycanlı hərbçi-mayor.[1]

Hacıağa İbrahimbəyli
Hacıağa Məmmədəli oğlu İbrahimbəyli
Şəxsi məlumatlar
Doğum tarixi 8 dekabr 1890(1890-12-08)
Doğum yeri
Vəfat tarixi bilinmir
Vəfat yeri
Vətəndaşlığı
Həyat yoldaşı Böyükxanım Hüseynzadə
Uşağı
Təhsili

Hacıağa Məmmədəli oğlu İbrahimbəyli 1890-cı ilin dekabr ayının 8-də Salyan rayonunda anadan olmuşdur. Bakıda kommersiya məktəbini və 1913-cü ildə Tiflis hərbi məktəbini bitirmişdir. Əli bəy Hüseynzadənin qardaşı qızı Böyükxanım Hüseynzadə ilə ailə həyatı qurmuş, bu evlilikdən Hacımurad və Həyat adlı iki övladı dünyaya gəlmişdir.[2] O, 1914–1915-ci illərdə Birinci Dünya müharibəsində iştirakçısıdır. Bundan başqa Zaqafqaziya Hərbi Hazırlıq Məktəbinin rəisi vəzifəsində çalışmışdır.[1]

  • Atları hesaba almaq üçün müvəqqəti qanun və arabaların səfərbərliyə dair hesabatının dəstur əl əmə. Bakı: Azərbaycan hərbi kolleci, 1925.
  • Методика военной подготовки учащихся: в помощь военруку и преподавателю гражданского учебнего заведения (Şagirdlərin hərbi hazırlığı metodikası: mülkü məktəblərin hərbi dərs rəhbərlərinə və müəllimlərinə kömək). Bakı: Azərnəşr, 1944.
  • Səməd bəy Mehmandarov. Bakı: AzSSE EA, 1946.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]
  • İ. İ. Verxovsqi. Ümumi taktik (hərbi məktəblər üçün dərs kitabı). Bakı: Azərbaycan hərbi komusyonu, 1925
  • N. Koxanov. Qoşun mühəndis işi. Səhra bərkintisi (istehkamı). Bərkidilmiş duracağın payları. Bakı: Azərbaycan Hərbiyyə məktəbinin və Azərbaycan hərbi nəşriyyat komitəsi, 1926.
  • N. Filatov. Atıcı vərəqəsi: təsviri və istifadə etmə qaydaları. Bakı: Azərnəşr, 1932.
  1. 1 2 Nəzirli, Şəmistan. Arxivlərin sirri açılır (PDF). Bakı: Elm. 1999. 158–159. 2022-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-10-16.
  2. Turan, Azər. Əli bəy Hüseynzadə. Moskva. 2008.