Hacıyev itburnusu

Hacıyev itburnusu (lat. Rosa gadzhievii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.

Hacıyev itburnusu
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Rosa gadzhievii

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqazda, Azərbaycanda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,5-2 m olan, düzdayanan koldur. Gövdələri qırmızı-qonur, cavan zoğların rəngi isə açıq qonurdur. Gövdəciklərdə iynələri iri, enli bünövrəli, alt tərəfində bir az oraqvari əyilmiş, çiçəkli zoğlarda iti bucaq altında əyilmiş, bəzən qarmaqvaridir. Yarpaqları 5-7 xırda yarpaqlı, uzunluğu 8-10 sm; oval, kənarları mürəkkəb dişli, üstü çılpaq, əsasən oturaq vəziciklərlə sıx örtülmüşdür. Alt tərəfində damarcıqları tükcüklüdür, digər yerləri isə vəziciklərlə seyrək və ya bərabər örtülmüş olu; raxisi çılpaq və ya seyrək tükcüklü olub, ayaqcıqları vəziciklərlə örtülmüşdür. Yalançı zoğların uzunluğu 12-15 mm, bünövrəsindən enli, yaxşı inkişaf etmiş qulaqlı, xırda yarpaqları kimi vəziciklərlə sıx örtülmüşdür. Çiçəkləri əsasən tək, bəzən 3-4 ədəd, iri, açıq çəhrayı; çiçək altlıqlarının uzunluğu 15-20 mm, zəif tükcüklü, kənarları vəziciklidir. Tək çiçəklərdə çiçək altlıqları bəzən olmur. Meyvələri oval-ellipsvari, bəzən əks-yumurtavari, yuxarıda, kasayarpaqların bünövrəsində səhəngvari boğazcığı daralmışdır, bəzi hallarda iri vəziciklər və tükcüklər ilə sıx örtülmüşdür. Kasayarpaqları düzdayanan, qısa-lansetvari, uzunluğu 12-15 mm-dən çox deyil, meyvələrdə qalır, bünövrəsində yuxarıda birləşmiş və təpə əmələ gətirir. Meyvənin boğazvari kəsiyindən çıxir, üstdə olanlar yan çıxıntılı, sıx tükcüklü, kürəyində və kənarında vəziciklərlə sıx örtülmüşdür.

Rütubətli münbit torpaqlarda, dəniz səviyyəsindən 1200 m hündürlükdə yaxşı bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazda təbii halda rast gəlinir.

Yaşıllaşdırmada tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.