Hacıyev kəklikotusu

Dağıstan kəklikotu (lat. Thymus daghestanicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü.

Dağıstan kəklikotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqazda təbii halda geniş yayılmışdı.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Meyvəsiz sürünən zoğları olan yarımkolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 7-15 sm, sıx, qısa tükcüklüdür. Yarpaqların uzunluğu 6-10 mm, eni 2-3 mm, uzunsov-neştərvari və ya əks-yumurtavaridir. Çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklüdür. Yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4-5 mm, sıx və qısa tükcüklüdür; yuxarı dişcikləri üçkünc, kənarları tükcüklüdür. Çiçək tacının uzunluğu 7 mm, parlaq çəhrayıdır. İyul aylarında çiçəkləyir, avqust ayında meyvə verir. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.

Orta dağ zolağında, çınqıllı yamaclarda bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın nadir bitkisidir, arealı dardır. Şamaxı rayonunda - Kizildərə Astraxan kəndi yaxınlığında bitir. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi tövsiyə edilir.

Dekorativ bitki kimi yaşıllaşdırmada, efir yağlılıq xüsusiyyətinə görə ətriyyatların hazırlanmasında və yeyinti sənayesində ədviyyat kimi geniş istifadə edilir.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Thymus hadzhievii Grossh.
  • Thymus hadzhievii var. angustifolius Akhmed-zade
  • Thymus lipskyi Klokov & Des.-Shost.
  • Thymus mashukensis Klokov
  • Thymus shemachensis Klokov