Hacıyevlər

HacıyevlərAzərbaycan xalqının tanınmış soylarından biri.

Hacıyevlər 250px
Titul Bəy, Tacir
Əcdadı Hacı ağa Qarabaği
Mənşəyi Qarabağ, Şuşa
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası

Soyun yaranması

[redaktə | mənbəni redaktə et]

Bu soyun ulu babası Kərbəlayı Məmmədəli Hacı oğludur. O, 1765-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Kərbəlayı Məmmədəli Xeyrənsə xanımla ailə qurmuşdu. Qurban, Həsən adlı oğulları vardı.

Qurban 1794-cü ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında təhsil almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-Müqəddəsi ziyarət etmişdi. İsmayıl bəy Murad bəy oğlu Qarapirimlinin rəiyyəti idi. Hacı Qurbanın Hüsü, Abbas, Nəsir, Məmmədqulu adlı oğulları, Bacıxanım, Qızxanım, Balaxanım adlı qızları vardı.

Kərbəlayı Məmmədəlinin ikinci oğlu Həsən 1824-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında təhsil almışdı. Ticarətlə məşğul idi. Pak Хorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi. İsmayıl bəy Murad bəy oğlu Qarapirimlinin rəiyyəti idi. Məşədi Həsən Ayna ilə ailə qurmuşdu. Kərim, Əsəd adlı oğulları vardı.

Soyun məşhur nümayəndələri

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]