Məmməd bəy Hacıyev (tam adı: Məmməd bəy Mirzə Kərim bəy oğlu Hacıyev; d.06.03.1896, Şuşa-?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, mühəndis.
Məmməd bəy Hacıyev | |
---|---|
Məmməd bəy Mirzə Kərim bəy oğlu Hacıyev | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat yeri | İstanbul, Türkiyə |
Uşaqları | Güllü xanım və Aysel xanım |
Mirzə Kərim bəyin ikinci oğlu Məhəmməd bəy 6 mart 1896-cı ildə Şuşa şəhərində anadan olmuşdu. 1916-cı ildə Şuşa realnı məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri idi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini maşınqayırma sahəsində davam etdirmək üçün Almaniyaya Berlin Universitetinə göndərilmişdir.[1] Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi. Sonra Türkiyəyə getmiş, Qaratekin soyadını qəbul etmişdi.
Mehmet Qaratekin alman qızı Hesma ilə ailə qurmuşdu. Güllü xanım və Aysel xanım adlı qızları var.[2]