Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hafizulla Əmin (1 avqust 1929[1], Paqman[d], Əfqanıstan krallığı[d] – 27 dekabr 1979[1]) — ƏXDP liderlərindən olan və ƏXDP MK-nın hərbi şöbəsinin müdiri, hərbi nazir, sonra isə baş nazir, prezident.
Həfizulla Əmin | |
---|---|
puşt. حفيظ الله امين | |
| |
27 mart 1979 – 27 dekabr 1979 | |
Sonrakı | Bəbrək Karməl |
14 sentyabr 1979 – 27 dekabr 1979 | |
Sonrakı | Bəbrək Karməl |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 avqust 1929[1] |
Doğum yeri | |
Vəfat tarixi | 27 dekabr 1979[1] (50 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d] |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
ƏXDP liderlərindən olan və ƏXDP MK-nın hərbi şöbəsinin müdiri, hərbi nazir, sonra isə baş nazir vəzifələrinə yiyələnmiş Hafizullah Əminlə N. M. Təraki arasında ixtilaflar başlanır. Kabildə SSRİ-nin Əfqanıstandakı səfirinin vasitəçiliyi ilə Hafizullah Əmin və N. M. Təraki arasında barışıq üçün görüş keçirilir, lakin real hakimiyyəti öz əlində toplamış Hafizullah Əmin yaranmış şəraitdən məharətlə istifadə edərək sentyabrın 14-də N. M. Tərakini hakimiyyətdən salır, həmin gecə partiyanın iclasını keçirir və ƏXDP MK-nın baş katibi və İnqilab Şurasının sədri seçilir. Daha sonra N. M. Tərakini həbs etdirir və fiziki məhvinə nail olur.
Bu dövrdə ölkədə zorakılıqlar və qanunsuzluqlar baş alıb gedirdi. Vəziyyətin çətinləşdiyini görən Hafizullah Əmin SSRİ-yə hərbi yardım üçün müraciət edir. Ümumiyyətlə, Əfqanıstan hökuməti 1979-cu ilin dekabr ayına kimi SSRİ-yə hərbi yardım üçün 20-yə qədər müraciət etmişdir. İlk belə müraciət haqqında fikirlərini Hafizullah Əmin hələ baş nazir olarkən N. M. Təraki ilə bölüşmüşdü və N. M. Təraki həbs olunmamışdan bir az əvvəl SSRİ rəhbəri L. İ. Brejnevdən hərbi yardım üçün kömək istəmişdi.
Hafizullah Əmin hakimiyyəti ələ keçirdikdən sonra hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edir və buna görə də oradakı vəziyyəti öyrənmək üçün sentyabrın ortalarında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 17 zabiti Kabilə göndərilir.
1979-cu ilin qışında Əfqanıstanda cərəyan edən hadisələr SSRİ üçün qənaətbəxş hesab edilmirdi. Siyasi Büro Hafizullah Əminin bir neçə dəfə israrla SSRİ rəhbərliyindən hərbi yardım istəyini və Əfqanıstandakı vəziyyəti nəzərə alaraq Əfqanıstana ordu yeritmək barədə qərarı müzakirə edir və hər dəfə Əfqanıstana ordu yeritməyin qeyri-mümkünlüyünü bildirir, lakin 12 dekabr 1979-cu ildə Mərkəzi Komitənin gizli iclasında Əfqanıstana ordu yeritmək haqqında qərar qəbul olunur. Dəfələrlə səsləndirilən və qəbul olunmayan qərarın dekabrın 12-də qəbul olunması səbəbi hələ də tam açıqlanmayıb, lakin ən çox ehtimal olunan mülahizələrdən biri Əfqanıstanla həmsərhəd olan Pakistanda ABŞ-nin öz mövqeyini daha da gücləndirməsi və SSRİ-nin Əfqanıstan iqtisadiyyatına yatırdığı irihəcmli investisiyaları itirməmək istəyi idi. Buna görə də 1979-cu ilin 12 dekabrında SSRİ xarici işlər naziri A. Qromıko, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropov, müdafiə naziri D. Ustinovun təklifləri ilə siyasi qərar qəbul edildi. Rusiya prezidentinin arxivində saxlanılan və əlyazma şəklində olan qərarın üstündə Siyasi Büro üzvlərinin hamısının imzası var. L. Brejnev Əfqanıstana qoşun göndərilməsinin əleyhinə olub.
Andropov və Ustinov bir müddət sonra onu razı salıblar. Buna görə də Brejnevin təkidi ilə Siyasi Büro üzvlərinin hamısı adbaad səs verib və qərarın üzərinə imza atıb. Bu qərarın qəbul edilməsindən dərhal sonra SSRİ-nin müdafiə naziri D. Ustinov Əfqanıstana göndərilmək üçün 75–80 min nəfərlik qoşun kontingenti hazırlamaq barədə əmr imzalayır.
Dekabrın 12-də qəbul olunan qərarın hazırlıqları və Əfqanıstanda gedən hadisələri nəzarətdə saxlamaq tədbirləri DTK sədri Y. Andropov və müdafiə naziri D. Ustinovun başçılığı ilə bir qədər əvvəl başlanmışdır. Belə ki, dekabrın əvvəlində Dövlət Təhlükəsizlik Komitəsinin iki "Zenit" xüsusi dəstəsi (hər biri 30 nəfərdən ibarət) Baqrama göndərilir. Bundan əlavə, 9 və 12 dekabrda Özbəkistanın Daşkənd və Çirçik aeroportlarından bütün şəxsi heyəti, zabit və əsgərləri əfqan hərbi geyimində olan və əsasən müsəlmanlardan ibarət olan "müsəlman" batalyonu guya Kabil yaxınlığında Baqram aerodromunu mühafizə məqsədilə Baqrama göndərilir. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinın əməkdaşlarının mühafizəsi altında Babrək Karməl də qeyri-leqal şəkildə Baqrama gətirilir. Burada həmçinin ƏXDP-nin keçmiş baş katibi N. M. Tərakinin silahdaşları var idi. Plana görə, dekabrın ortasında Hafizullah Əmin hakimiyyətdən uzaqlaşdırılmalı, Babrək Karməl və onun ətrafı yeni hökuməti təşkil etməli idilər.
Dekabrın 11-də orduya Hafizullah Əminin iqamətgahının tutulması üçün hazırlıq tapşırığı verilir. Əməliyyatın yerinə yetirilməsi üçün iqamətgahın planı, mühafizə sistemi haqqında ətraflı məlumat yox idi. 13 dekabr 15:30-da şəxsi heyət döyüş tapşırığını həyata keçirmək üçün əmr alır. Şəxsi heyət 1 saat ərzində Baqramdan Kabilə hərəkət edərək Hafizullah Əminin iqamətgahını tutmalı idi, lakin əməliyyatın bu cür aşağı səviyyədə hazırlanması saat 16:00 — da əmrin geri götürülməsinə səbəb olur.
Axşam saat 19:30-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin "İldırım" və "Zenit" xüsusi dəstələrinin əməkdaşları prezident sarayını tutmaq üçün "Ştorm-333" əməliyyatını həyata keçirir. Mühafizəçilər kömək üçün tank briqadasına zəng vururlar, lakin "müsəlman" batalyonu tərəfindən mühasirəyə alınmış hərbi hissədən kömək gəlmir. 43 dəqiqəyə qədər çəkən "Ştorm-333" əməliyyatı nəticəsində H. Əmin öldürülür.