Hakan Şərəf Olgun

Hakan Şərəf Olgun (1967, Çay, Afyonqarahisar ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Hakan Şərəf Olgun
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cü ildən
Seçki dairəsi2023Afyonqarahisar
Şəxsi məlumatlar
Doğum tarixi 1967
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Hakan Şərəf Olgun 1967-ci ildə Afyonqarahisar ilinin Çay ilçəsində anadan olub. Baytar Sağlamlıq Peşə Liseyini bitirib. Daha sonra isə Ankara Universiteti Hüquq Bölməsindən məzun olub.[1]

1984-1988-ci illərdə Ankara ilinin Çubuğ, Elmadağ və Mamağ ilçələrində Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyində baytar sağlamlıq işçisi olaraq çalışıb. Hüquq təhsili aldıqdan sonra hüquqşünas olaraq çalışıb. 1990-cı ildə Afyonqarahisar Bürosunda, 2003-cü ildə isə İstanbul Bürosunda çalışıb. Çay Ticarət və Sənaye Palatasının 2001-ci ildə Məclis üzvü, 2003-2009-cu illərdə isə Məclis İdarə Heyətinin sədri vəzifələrində çalışıb.[1]

Siyasi fəaliyyəti ərzində Ana Vətən Partiyası, Türkiyə Partiyası və İYİ Partiyanın üzvü olub. 1994-cü il bələdiyyə seçimlərində İl Məclisinin üzvü seçilib. 2009-2010-cu illərdə Türkiyə Partiyasının Afyonqarahisar il şöbəsinin qurucu sədri olub. 2021-ci ildən İYİ Partiyanın üzvüdür.[1]

2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Afyonqarahisar ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ədalət Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]

  1. 1 2 3 4 5 TBMM. "Hagan Şeref OLGUN". www.tbmm.gov.tr (türk). 10.01.2024. İstifadə tarixi: 10.01.2024.