Hakan Yavuz (1964, Bayburt) — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi. O, müasir islam və Türk araşdırmaları üzrə ixtisaslaşmışdır.[1]
Hakan Yavuz | |
---|---|
Doğum tarixi | 1964 |
Doğum yeri | |
Milliyyəti | Türk |
Atası | Kazım Yavuz |
Elm sahələri | tarix, politologiya |
İş yeri | Yuta Universiteti |
Təhsili |
|
Üzvlüyü | Türk Araşdırmaları Layihəsi |
Hakan Yavuz 1964-cü ildə Türkiyədə dünyaya gəlmişdir. Atası Kazım Yavuz siyasi aktivist olmaqla birlikdə, Van Kənd İnistitutunu bitirmiş müəllim idi. Həmçinin o, kənd təsərrüfatı iqtisadiyyatını və infrastrukturunu inkişaf etdirmək üçün bir çox layihəyə rəhbərlik etmişdi. Yavuz bakalavr təhsilini 1987-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsində bitirmişdir. Magistr dərəcəsini Viskonsin-Miluoki Universitetində almışdır. 1989-cu ildə bir semester boyunca öz magistr dissertasiyasına görə Yerusəlim Yəhudi Universitetində keçirmiş və Maykl Oakeşott və Maykl Velzerin əsərlərinin müqayisəli təhlilini etmişdir. Öz doktorantura təhsilini 1998-ci ildə Viskonsin-Medison Universitetində bitirmişdir. O, MakArtur Fondundan iki il təqaüd almaqla islamın Özbəkistanın Fərqanə vadisində və şərqi Türkiyədə yerliləşmə prosesini araşdırmışdır.[1] Onun doktorantura mövzusu "Türkiyədə islami siyasi kimlik" adlanmaqla birlikdə, 2003-cü ildə Oksford Universiteti Nəşriyyatı tərəfindən nəşr edilmişdir.[2]
Yavuz akademik işinə 1996-cı ildə Bilkənd Universitetində başlamışdır. Bu zaman o, öz doktorantura dissertasiyasını bitirmə mərhələsində idi. Bir il burada çalışdıqdan sonra o, Yuta Universitetində dosent olaraq işləməyə başlamışdır. O, burada həm siyasi elmlər, həm də Orta Şərq Mərkəzində olmaqla iki işdə işləmişdir. Notr Dam Universitetində Beynəlxalq Sülh Araşdırmaları Kroc İnistitutununun araşdırmaçısı olaraq çalışmış, 2000-2001-ci illərdə bir illik İrvayn Kaliforniya Universitetində araşdırmaçı olaraq işləmişdir. Bosniyanın Sarayevo Universitetində, Tokioda Vaseda Universitetində, Bişkekdə Manas Universitetində, Budapeştdə Mərkəzi Avropa Universitetində qonaq müəllim olaraq dərslər keçmişdir.[1]
Yavuz 2009-cu ildən Amerika Türk Koalisiyası tərəfindən maliyyələşdirilən Türk Araşdırmaları Layihəsini idarə edir və əsas məqsədlərindən biri erməni soyqırımının ənənəvi şərhini rədd etməkdir. Yavuz bildirir ki, "soyqırım olmamışdır, lakin daha çox erməni provokasiyalarına, işğalçı rus ordusu tərəfindən hərəkət edən gerilla taktikalarına və üsyanlara Anadolunun müxtəlif yerlərində yerlilərin cavablar olduğunu" yazırdı.[3]
30 noyabr 2022-ci ildə "Springer International Publishing"də Qarabağ münaqişəsi ilə bağlı kitabı çapdan çıxmışdır. Michael M. Gunter ilə birgə redaktoru olduğu kitabın adı "The Karabakh Conflict Between Armenia and Azerbaijan Causes & Consequences" dey keçməkdədir.[4]
Yavuz üç cildlik Osmanlı imperiyasının süqutu kitabının redaktorlarından biridir:
Onun digər redaktoru olduğu kitablar: