Hakim mərkəzi göstərir... Tofiq Bəhramov

Film ilk Azərbaycanlı FİFA futbol referesi Tofiq Bəhramova həsr olunub.

Hakim mərkəzi göstərir
Fayl:Hakim mərkəzi göstərir (film, 2009).jpg
Rejissor Vasif Məmmədzadə
Ssenari müəllifi Eldar İsgəndərzadə
Operator Mahir Cahangirov
İstehsalçı İdman Azərbaycan
Filmin növü sənədli televiziya filmi
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
Rəng rəngli

İngilis futbol mütəxəssisi Ramseyin bu fikrini həmişə özünə aid edərdi Tofiq Bəhramov: "Futbol mənim həyatımdır. Mən isə yaşamaq istəyirəm..." Adı Azərbaycan futbol hakimləri məktəbinin baniləri sırasında çəkilən, Tofiq Bəhramov özündən sonra gələn futbil hakimlərinin mənəvu ustadıdır... Əlbəttə, ilk Azərbaycanlı FİFA referisinin fəaliyyəti gələcək nəsillər üçün əsl örnək mənbəyidir. Tofiq Bəhramovun adı Müstəqil Azərbaycanın ən iri futbol meydanının ünvan göstəricisidir.

Tofiq Bəhramovun adı zirvədə dayanan mayak kimi həmişə ucalıqlara aparan yolu nişan verir.... 1966-cı il, iyulun 30-u, Londonun "Uembli" stadionunda 100 min tamaşaçının izlədiyi, 7-ci dünya çempionatının İngiltərə — AFR yığma komandaları arasında keçirilən final oyununun 100-cü, əlavə vaxtın 10-cu dəqiqəsi. İngilislər qol deyib əllərini havaya qaldırır... Almanlar heç nə baş verməmiş kimi sakitdirlər.... Stadion sukut içindədir... Məşhur hakim Dinst tərəddüd içindədir... bütün nəzərlər Azərbaycanlı hakim Tofiq Bəhramova yönəlib... Qoldurmu?!!! Qol deyil!!! Qoldurmu?!!! Qol deyil!!! Qoldurmu?!!! Qol deyil!!! Baş hakim Bəhramova tərəf qaçır... Bəhramov qərarında qətidir... O, bayrağı mərkəzə uzadır və qəribə jestlə qolu təsdiq edir... 100 minlik stadion coşur... O vaxt uzun müddət bütün dünya mətbuatı həmin hadisəni sensasiya kimi yazdı... Vəziyyətə təkrar-təkrar baxış, hətta indiki texniki imkanlar daxilində aparılan yoxlama Tofiq Bəhramovun haqlı olduğunu dönə-dönə təsdiqlədi... Bu sözlər məşhur Azərbaycan hakimi Tofiq Bəhrəmov haqqında çəkilən "Hakim mərkəzi göstərir" adlı sənədli televiziya filminin mətnindən götürülüb. Yenicə yaradılmış İdman Azərbaycan telekanalında ilk filmin olan bu ekran əsəri üç ay ərzində tamaşaçıların xahişi ilə 8 dəfə efirə verilib.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Eldar İsgəndərzadə
Quruluşçu rejissor: Vasif Məmmədzadə
Quruluşçu operator: Mahir Cahangirov
Səs rejissoru: Ceyhun Ağayev
Montaj: Fuad Əliyev, Elmar Vəliyev
İnzibaçı: Elşən Qarayev
Direktor: Elsevər Dünyamalıyev

Filmdə iştirak edənlər

[redaktə | mənbəni redaktə et]
Valid Sənani
Çingiz İsmayılov
İskəndər Cavadov
Rüstəm Rəhimov
Abbas Əzimov

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]