İsmail Hakkı Akoğuz (1 yanvar 1903, Konstantinopol – 20 avqust 1978, Ankara) Türk əsgəri.
Hakkı Akoğuz | |
---|---|
Doğum tarixi | 1 yanvar 1903 |
Doğum yeri | |
Vəfat tarixi | 20 avqust 1978 (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | hərbi qulluqçu |
Fəaliyyət illəri | 1920-ci ildən |
1905-ci ildə Hərbi Akademiyanı leytenant rütbəsi ilə bitirmişdir. Bu rütbə ilə 1905–1910 arasında Plovdivdə 7-ci Tümən, 19. Tümən, Ərzincanda 4. Orduda bölük komandiri oldu.etdi. 31 avqust 1910-cu ildə birinci leytenant rütbəsinə yüksəldi. 1910–1912 arasında təhsil almaq üçün Almaniyaya getdi. Vətənə qayıtdıqdan sonra, 1912–1913-cü illərdə 29. Tümən, 87. Alay 1. Bölüyə təyin edildi. Bu birliklə Balkan müharibələrinə qatıldı, Çatalca müharibələrində və irəli hərəkatda vəzifə tutdu. Daha sonra keçici olaraq 9. Tümən yavərliyinə təyin edildi. 1914-cü ildə kapitan rütbəsi aldı. 1914–1918-ci illərdə Qafqaz Cəbhəsində 3. Ordu Qərargah Başçılığı əmrində vəzifələndi. 1917–1918-ci illərdə eyni cəbhədə 3. Ordu Komandirliyi baş köməkçiliyi vəzifəsini tutdu. 1919–1920-ci illərdə Ərkan-i-Hərbiyyə Məktəbində oxudu.
1920-ci ildə mayor rütbəsinə yüksəldi. Elə həmin il Anadoluya getdi və Milli Mübarizəyə qoşuldu. 1920 ilə 1923-cü illər arasında 9. Korpus Baş qərargah rəisi vəzifəsində çalışdı. 1923–1924-cü illərdə Hərbi Akademiyada təhsilini başa vurdu və 1926-cı ilə qədər 2-ci Korpus qərargahında xidmət etmişdir.
1 iyun 1926-cı ildə podpolkovnik rütbəsinə yüksəldi. 1926–1930-cu illər arasında Müharibə Akademiyalarında dərs verdi, 3. Korpus Baş qərargah rəisi, 41. Bölmə 19. Alay komandirinin müavini vəzifəsində çalışıb. 1931-ci ildə polkovnik rütbəsinə yüksəldi. 1937-ci ilə qədər Müharibə Akademiyalarında müəllim işlədi. Mərsində 7. Bölmə 23. Alay Komandirliyi, Ərzincanda 3. Ordu Qərargah başçı vəkilliyi, Muğlada 18. Dağ Tuqay Komandirliyi və Baş Qərargah 3. Şöbə müdirlüyü vəzifələrini tutdu.
30 avqust 1937-ci ildə briqada generalı və 30 avqust 1938-ci ildə general-mayor rütbəsinə yüksəldi. 30 avqust 1942-ci ildə general-leytenant rütbəsinə yüksəldi. 30 avqust 1947-ci ildə General rütbəsinə yüksəldi. Bu sırada Balıkəsirdə 2. Ordu Komandiri və Ali Hərbi Şuranın üzvü kimi xidmət etmişdir. 19 iyul 1950-ci ildə General rütbəsi ilə təqaüdə çıxdı.
Alman dilini bilən general İsmail Hakkı Akoğuz, Ludendorffun xatirələrini və Alman Zabiti Feliz Guze'nin "Böyük Müharibədə Qafqaz Cəbhəsindəki Döyüşlər" və Rafael de Nogalis'in "Aypara altında Dörd İl" əsərlərini tərcümə etdi. 1914-cü ildə "Müharibə", 1915-ci ildə "Qılınclı Gümüş Ləyaqət" və "Alman İkinci Dəmirsəlib Nişanı" medal və nişanlarını aldı. 1917-ci ildə Qılınclı "Beşinci Məcidiyyə" və 1918-ci ildə "Avstriya İkinci Sinif Hərbi Məziyyət" nişanlarına və 1923-cü ildə "İstiqlaliyyət" medalı ilə təltif edilmişdir.
20 avqust 1978-ci ildə Ankarada öldü və Karşıyaka Qəbiristanlığında dəfn edildi.[1]