Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Film aktyor həyatından bəhs edir. Maraqlısı odur ki, filmdə baş verən hadisələr bir teatrın həyatdakı səhnəsini canlandırır. Yəni filmin qəhrəmanı olan Rasim teatr rejissorudur. Ancaq teatr bağlandığından rejissor və aktyor heyəti işsiz qalıb. Bunlar imkansızlıq üzündən fırıldaqçılıqla məşğul olmağa başlayırlar. Əllərindən də yalnız rol oynamaq gəldiyindən çörəkpulu qazanmaq üçün həmin bu fırıldaq aktyorlar obrazlarını elə həyatdaca yaratmağa məcbur olurlar. Yəni, həyatda olan hadisələri görüb həyatın səhnəsində hər biri öz rolunu oynayır. Film nikbin sonluqla bitir.
Halal pullar | |
---|---|
Fayl:Halal pullar (film, 2008).jpg | |
Janr | komediya |
Rejissor | Emin Mirabdullayev |
Ssenari müəllifi | Elmar Kərimov |
Baş rollarda |
Ramiz Əzizbəyli-Rasim Murad Dadaşov-türk vətəndaşı Nuriyyə Əhmədova Rafael İsgəndərov |
Operator | Kənan Məmmədov |
Bəstəkarlar | Rəşad Haşımov, Ənvər Sadıqov |
İstehsalçı | "Emin" studiyası |
Filmin digər adları |
Haram Pullar Hoqqabazlar |
Filmin növü | tammetrajlı bədii film |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 2008 |
Texniki məlumatlar |
videofilm genişekranlı |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Filmin çəkilişləri 3 aya yaxın davam edib.