Müşfiq Mürşüd oğlu Hətəmov (6 may 1969, Güllücə, Ağdam rayonu) — ssenarist, kinoprodüser, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2011–2019), Space TV-nin sabiq direktoru (2021–2023), Azərbaycan Prodüserlər Gildiyasının sədri (2012–2022), Azərbaycanın Əməkdar incəsənət xadimi (2016).[1]
Müşfiq Hətəmov |
Digər adı |
Müşviq Hətəmov |
Doğum tarixi |
6 may 1969(1969-05-06) (55 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti |
Prodüser |
Fəaliyyət illəri |
1992-ci ildən |
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
|
Müşfiq Hətəmov 6 may 1969-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1976–1986-cı illərdə orta təhsil almış, 1986-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olmuş, 1992-ci ildə bu təhsil ocağını bitirmişdir. 1987–1989-cu illərdə ordu sıralarında xidmət etmişdir. Ailəlidir.
1992–2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini tədris etmişdir. 2000-ci ildə təsis etdiyi "MM" MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının, reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olmuşdur. 2002-ci ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin dekabr ayından 2019-cu ilədək C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmişdir. 2012–2022-ci illər aralığında Azərbaycan Prodüserlər Gildiyası sədri, 2021–2023-cü illərdə SPACE TV-nın baş direktoru olmuşdur.
- "Humay" mükafatı ("Uğurlu prodüser" nominasiyası) (2014)
- 13-cü Pune Beynəlxalq Film Festivalında (Hindistan) "Nabat" bədii filminin prodüseri kimi beynəlxalq münsiflər heyətinin "Xüsusi vurğulama" mükafatı (2015)
- "Nabat" filminə görə "Ən yaxşı prodüser" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015)[2]
- Azərbaycanın Əməkdar incəsənət xadimi (29 iyul 2016-cı il)[3]
Reklam kampaniyasının rəhbəri kimi
- Məhəllə (film, 2003) (tammetrajlı bədii film)
- Məhəllə 2 Moskvada (film, 2004) (tammetrajlı bədii film)
- Məşədi İbad 94 (film, 2005) (tammetrajlı bədii film)
Aktyor kimi
- Küçələrə su səpmişəm (film, 2004) (tammetrajlı bədii film) (rol: kuryer)
Prodüser kimi
- Bomba (film, 2005) (tammetrajlı bədii film)
- Toy (film, 2005) (tammetrajlı bədii film)
- Ailəm (film, 2006) (üçseriyalı film)
- İnterpapa (film, 2006) (tammetrajlı bədii film)
- Qonşular (film, 2006) (bədii serial)
- Halal pullar (film, 2008) (tammetrajlı bədii film)
- Dolu (film, 2012) (tammetrajlı bədii film)
- Çölçü (film, 2012) (tammetrajlı bədii film)
- Sübhün səfiri (film, 2012) (tammetrajlı bədii film)
- Mahmud və Məryəm (film, 2013) (tammetrajlı bədii film)
- Dərvişin qeydləri (film, 2013) (tammetrajlı bədii film)
- Qorxma, mən səninləyəm! 1919 (film, 2013) (tammetrajlı bədii film)
- Nabat (film, 2014) (tammetrajlı bədii film)
- Axınla aşağı (film, 2014) (tammetrajlı bədii film)
- Axırıncı dayanacaq (film, 2014) (tammetrajlı bədii film)
- Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013) (tammetrajlı bədii film)
- Sonuncu (film, 2014) (qsıametrajlı bədii film)
- İnikas (film, 2014) (qsıametrajlı bədii film)[4]
- Çempion (film, 2014) (sənədli film)
- Ağır illər... Xoş xatirələr (film, 2014) (sənədli film)
- Dərs (film, 2015) (tammetrajlı bədii film)
- Yarımçıq xatirələr (film, 2015) (tammetrajlı bədii film)
- Xeyir ilə şərin rəqsi (film, 2015) (tammetrajlı bədii film)
- 4.1 şəhər motivləri (film, 2015) (kinoalmanax)
- Qatil (film, 2015) (tammetrajlı bədii film)
- 40-cı paraleldə (film, 2016) (kinoalmanax)
- Qırmızı bağ (film, 2016) (tammetrajlı bədii film)
- İçəri şəhər (film, 2016) (tammetrajlı bədii film)
- Üçüncü günün adamı (film, 2016) (tammetrajlı bədii film)
- Həddən artıq uyğunluq (film, 2016) (tammetrajlı bədii film)
- Yoxdu belə söhbət (film, 2017) (tammetrajlı bədii film)
- Eviniz abad (film, 2017) (tammetrajlı bədii film)
- Nar bağı (film, 2017) (tammetrajlı bədii film)
- Daxildəki ada (film, 2019) (tammetrajlı bədii film)
Bədii rəhbər kimi
- Sirat körpüsü (film, 2007) (tammetrajlı bədii film)
Ssenari müəllifi kimi
- Bir aktyorun hekayəti. Məmmədrza Şeyxzamanov (film, 2014) (qısametrajlı sənədli televiziya filmi)