Halalbooking.com — Birləşmiş Krallıq mərkəzli halal otel axtarış və rezervasiya saytı. Sayt altı dildə və 45 pul vahidində fəaliyyət göstərir. Saytda 32 ölkədən 300-ə yaxın müəssisə mövcuddur.
Halalbooking.com | |
---|---|
URL | Halalbooking.com |
Kommersiya | Bəli |
Tipi | Rezervasiya xidməti |
Qeydiyyat | Xüsusi |
Dilləri | 6 dildə |
İstifadəçi sayı | 250 min[1] |
Açılma tarixi | 2009; 9 il əvvəl |
Hazırkı statusu | Aktiv |
Şüar | Halal turizmdə dünya lideri |
Alexa reytinqi | ▲230,427[2] (15 May 2018) |
Halalbooking Ltd | |
---|---|
Struktur | |
İşçi sayı | 11-50 |
Rəhbərlik | |
Təsisçilər |
Elnur Seyidli Enver Cebi |
İndiki adı ilə Halalbooking şirkəti 3 noyabr 2009-cu ildə Birləşmiş Krallığın paytaxtı London şəhərində Elnur Seyidli və Enver Cebi tərəfindən yaradılıb. 'Crescent Tours' adındakı şirkət 2015-ci ilin 23 mart tarixində "Halalbooking Ltd" adını alıb.[3] 15 fevral 2016-cı il tarixi etibari ilə şirkətin investisiyası 800 min dollar təşkil edir. Halalbooking.com hal-hazırda dünyanın ən böyük halal otel saytıdır. Sayt 75 ölkədən 250 mindən çox müştəriyə sahibdir.[1] 2015-ci ildə sayt "Dünyanın ən yaxşı Halal səyahət saytı" mükafatını və Dubayda baş tutan tədbirdə "İslam İqtisadiyyat Mükafatına" laiq görülüb.[4]
Şirkətin qurucularından Elnur Seyidli CEO, digər qurucu Enver Cebi isə COO vəzifələrini icra edirlər.
2018-ci ildə halal otel Wome Deluxe, Halalbooking-i Avropadakı tək rəsmi tərəfdaşı olaraq elan edib.[5] 2017-ci ilin mali hesabatına görə şirkət ötən ildə iki dəfə böyüyüb.[6] Bundan əlavə Halalbooking müştərilərinə endirim kartları təqdim edərək marketinq sektorunda da irəliləyişə nail olub.[7] 2016-cı ildən bəri sayt İngilis, Türk, Alman, Fransız, Ərəb [ölü keçid] və Rus dillərində xidmət verir. CEO Elnur Seyidli 2016-cı ildə bir müsaibəsində sayta malay və fars dillərini də əlavə etməyi düşündüklərini bildirib.[8] Halalbooking.com həmçinin mobil istifadəçilərə rahatlıq üçün saytın mobil filterləmə sistemini də da təqdim edib.[9]