Haliaeetus albicilla

Ağquyruq dəniz qartalı (lat. Haliaeetus albicilla) — Haliaeetus cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]

Ağquyruq dəniz qartalı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Yarımfəsilə:
???:
Ağquyruq dəniz qartalı
Beynəlxalq elmi adı

Berkut qartal boyda iridir. Ümumi rəngi qonur, qarın tərəfi nisbətən açıq rənglidir. Quyruğu qısa və təmiz ağdır. Dimdiyi sarıdır. Yayılması: Avropada və Asiyada yayılıb. Azərbaycanın Xəzəryanı və Kür-Araz sahələrində məskunlaşıb. Oturaq yaşayır, qışda biotopunu dəyişməklə kifayətlənir. Yaşayış yeri və həyat tərzi: Sahilyanı ərazilərdə hündür ağac və ya onun əvəzediciləri olan yerlərdə nəsil verir (dəniz, çay və göl sahili). Mart ayında nəsil verməyə başlayır. Hündür ağacda, bəzən qayada böyük (diametri 150-200, hündürlüyü 100-250 sm) yuva tikir. Eyni yuvadan uzun illər istifadə edir. Yuvasının divarında sərçə və sığırçın da özlərinə yuva tikirlər. Martın ortalarında 1-2 ağ yumurta verir, 40 günə qədər kürt yatır, balasını 75-80 gün bəsləyib pərvaz edirlər. Pərvaz balası avqust ayında müşahidə edilir. Yem üçün yuvasından 10–15 km uzağa uçub balasını təmin edir. Yemini sudan və yerdən götürür. Şikarını alçaqda uçmaqla axtarıb tapır və ya pusqusunda durmaqla ovlayır. Balıq, leş, quş, siçan, dovşan, körpə nutriya, tülkü, hətta it, pişik ovlayır.

Azərbaycanda XIX əsrə qədər adi saylı növ, XX əsrdə isə azalıb nadir olub. 1970- ci illərdən sonra kritik vəziyyətə düşmə təhlükəsi yaranıb. 1990-cı illərdə 70 quş sayılıb. Lənkəran düzənliyində, Qızılağac Qoruğunda, Samur-Dəvəçi düzənliyində, Kürqırağı tuqay meşələrinin aşağı hissələrində nəsil verməkdən məhrum olub. Son illərdə yüksək gərginlikli elektrik xəttlərinin hündür metal dirəklərindən yuva yeri kimi istifadə edir. Belə cütləri Ələt yaxınlığında, Qobustanda, Mingəçevir ətrafında müşahidə edilib. Təbii landşaftda nəsil verməsi Nabran meşəsində, Alazanda və Arazboyu düzənlikdə qalıb. Beləliklə, Respublikada reproduktiv populyasiyası cəmi 7 cütdən ibarətdir

Azalma səbəbləri və qorunması

[redaktə | mənbəni redaktə et]

Uzun illər zərərli quş bilib, təqib olunması, sahilə yaxın ağacların qırılması, yem bazasının zəifləməsi və zəhərlənməsi.

Qorunması üçün qəbul edilmiş tədbirlər: Ovlanması qadağandır. Respublikanın və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib. Hirkan, Şirvan və Ağgöl Milli Parklarında, Qızılağac və Qarayazı Dövlət Təbiət Qoruqlarında nəzarət altında saxlanılır. Bakı zooparkında nümayiş etdirilib əhaliyə tanıdılır. CİTES, Bonn və Bern konvensiyalarına daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər: Qorunan sahələrdən kənarda yuva sahələrinə təbiət abidəsi statusunun verilməsi, əsas yem bazasının nəzarət altında saxlanılması, süni şəraitdə yetişdirilib təbiətə buraxılması.

  • AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 136səh, Ağquyruq sahil qartalı. (2013)
  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. "Azərbaycanda təhlükədə olan quşlar". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]