Halil Sezai

Halil Sezai, tam adı ilə Halil Sezai Paracıkoğlu (16 Avqust 1979, Əskişəhər) — Türk aktyor, müğənni.

Halil Sezai
Halil Sezai Paracıkoğlu
Ümumi məlumatlar
Doğum adı Halil Sezai Paracıkoğlu
Doğum tarixi (44 yaş)
Doğum yeri Əskişəhər, Türkiyə
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti Kinoteatr aktyoru
Teatr aktyoru
Müğənni
Söz yazarı
Bəstəkar
Film prodüseri
Fəaliyyət illəri 2005–h.h.
Janrlar Vokal
Gitara
Təhsili
  • Hacəttəpə Universiteti Ankara Dövlət Konservatoriyası[d]

Atasının ailəsi Bolqarıstanın Pazarcıq rayonunun Paracıq kəndindən olub, soyadını buradan almaqdadır.

Əskişəhər Atatürk Liseyindən və 2003-cü ildə Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyası Teatr fakultəsindən məzun oldu. 2012-ci ildə Kral Tv Musiqi Mükafatlarında "ən yaxşı çıxış edən sənətçi" mükafatını almışdır.

2010-cu ildə ekranlara girən əncir mürəbbəsi filmi ilə ağ pərdədə yer alan Sezai, seriyalın davam filmi olan 2014-cü il istehsalı əncir mürəbbəsi 2-də də baş rolda oynamışdır. 2014-cü il tarixli Çiyələk filminin isə prodüserliyini də öhdəsinə götürmüşdür. Yapışıq Qardaşlar filmində İmam rolunu oynamışdır.

Halil Sezainin Cenk adlı qardaşı və Duyğu adında bacısı var. Böyük qardaşı Cenk Paracıkoğlu bir vaxtlar modelyerlik və musiqiçiliklə məşğul olmuşdur. Bacısı Duyğu Paracıkoğlu isə aktirisadır.

Həbsi[redaktə | mənbəni redaktə et]

2022-ci ilin noyabr ayında müğənni səhnəyə çıxdığı məkanda qonşusu ilə münaqişə yaşayıb. Sezai hadisə zamanı qonşusunu döyərək təhqir edib. Məhkəmənin qərarı ilə o 4 ay 25 gün müddətinə azadlıqdan məhrum edilib.[1]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  • Əziz Qayınatam: Cem - 2007
  • Könül Yarası: Qarson - 2004
  • Ihlamurlar Altında: Murad - 2005
  • Qədər: Levent - 2007
  • Qəhvə Bəhanə: Möhsün - 2009
  • Etmə Deyirəm: həkim Tezcan - 2009
  • Türkan: İsmayıl - 2011
  • Mavi Pansiyon: 2011
  • Əncir mürəbbəsi: Mətn (Film) 2010
  • Problem Həll Edən Adam: İnternet Serialı - 2011
  • Bir hekayəm var: 2013
  • Sabit Kanca: Fizika Müəllimi - 2013
  • Çiyələk: (Film) 2014
  • Əncir mürəbbəsi 2: Mətn (Film) 2014
  • Ammar: (Film) 2014
  • Dostum xoş gəldin: Komediya Proqramı - 2014
  • Yapışıq Qardaşlar: (Film) İmam - 2015

Halil Sezai həmçinin, Badem qrupunun Qəlbsiz və Buludsuzluq Həsrətinin Külək kliplərində rol almışdır.

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Videoqrafiya[redaktə | mənbəni redaktə et]

İl Mahnı Albom
2011 "Olsun" "Seni Beklerken"
2012 "Sonbahar"
"Ağlamışız"
"Her Neyse" (ft. Serhat Karayiğit) "Her Neyse"
"Seni Beklemek" "Seni Beklemek"
2013 "Yangın Var" "Ey Aşk"
"Dolunay"
"Yok"
"Garip"
2015 "Duyanlara Duymayanlara" "Ervah-ı Ezelden"
"Git"

Mükafatları və namizədlikləri[redaktə | mənbəni redaktə et]

İl Namizəd Göstərilən Çalışma Mükafatı Verən Təşkilat Mükafat Nəticə
2012 Halil Sezai Kral TV Video Musiqi Mükafatları Ən Yaxşı Çıxış Edən Sənətçi Qazandı
Səni Gözlərkən Ən Yaxşı Albom Namizəd
Olsun Ən Yaxşı Müğənni Namizəd
2015 Kafası Kendinden Bile Güzel Ən Yaxşı Film Musiqisi Namizəd

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. [1] Arxivləşdirilib 2016-06-11 at the Wayback Machine http://www.poptakip.com/roportajlar/1836-halil-sezai-roportaji-2012.html Arxivləşdirilib 2016-06-11 at the Wayback Machine
  2. [2] http://www.sinemalar.com/sanatci/63910/Sezai-Paracikoglu/ Sinemalar.com biyografi
  3. [3] Arxivləşdirilib 2012-05-18 at the Wayback Machine18. Kral Müzik Ödülleri Adayları Arxivləşdirilib 2012-05-18 at the Wayback Machine 3 Mayıs 2012 tarihinde erişildi.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. Məşhur türk müğənni azadlıqdan məhrum edildi