Halimodendron halodendron var. albiflorum

Caragana halodendron (lat. Caragana halodendron) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.

Caragana halodendron
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Caragana halodendron

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Yabanı halda İranda və Şimali-Qərbi Monqolustanda, Zaqafqaziyada və Orta Asiyada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m, sallaq zoğlara malik, gövdəsinin rəngi qonur koldur. Bitkinin yarpaqlaması mürəkkəb, 3-6 cüt gümüşü cütlələkvari çılpaq yarpaqlardan ibarətdir. Yarpaqların üzəri bozumtul, gümüşü tükcüklərlə örtülmüş olur. Uc hissədəki tək yarpaq tikanla əvəz olunmuşdur. Bu tikanlar qışda yarpaqcıqlar töküldükdən sonra saplaqlarla birlikdə gövdə üzərində uzun müddət qalır. Yarpaqaltlıqları bizvari tikanlara çevrilmişdir. Çiçəkləri 2-3 ədəd olmaqla yarpaqların qoltuğundakı salxımlarda yerləşir. Kasayarpaqları dişli olub, 3-6 sm uzunluğunda, enli, üçbucaq formasındadır. Tacı bənövşəyi, qırmızımtıl, çəhrayı və ya ağ, uzunluğu 15-18 mm-dir. Paxlası saplaqlı, sarımtıl-qonur, uzunluğu 1-3 sm, eni 7-12 mm, üzəri qırışıqlı, uc hissəsi əyilmiş və gec açılandır. Toxumları şabalıdı rəngdə, çılpaq, uzunluğu 2,5-3 mm və eni 2 mm-dir. İyun-iyul aylarında çiçəkləyir, oktyabr-noyabrda meyvələri yetişir. Toxumla, budaqlarını basdırmaqla və kök pöhrəsi vasitəsi ilə artırılır. Bolluca çiçək açır.

Gilli, qumlu, kirəcli torpaqlarda çoxlu kök bicləri olur. Quraqlığa davamlı, işıq sevən və torpağa az tələbkar olan dekorativ koldur.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvanda, Kür-Araz ovalığında (yabanılaşmış halda), quru yamaclarda, çayların sahillərində, çınqıllı və daşlı-qumlu vadilərdə bitir.

Daşlı və orta şoranlaşmış yerləri yaşıllaşdırmaq məqsədilə istifadə edilir. Yaxşı bal verən bitkidir. Köklərində boyaq maddəsi alınır.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Halimodendron halodendron (Pall.) Voss
  • Pseudo-acacia halodendron (Pall.) Moench
  • Robinia halodendron Pall.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Caragana argentea Lam.
  • Halimodendron argenteum (Lam.) Fisch. ex DC.
  • Halimodendron argenteum var. albiflorum Kar. & Kir.
  • Halimodendron cuspidatum Jaub. & Spach
  • Halimodendron emarginatum Jaub. & Spach
  • Halimodendron halodendron var. albiflorum (Kar. & Kir.) Prjech.
  • Halimodendron halodendron f. purpureum C.K.Schneid.
  • Halimodendron speciosum Carrière
  • Halimodendron subvirescens G.Don
  • Halimodendron triflorum (L'Hér.) Sweet
  • Robinia halimodendron Link
  • Robinia triflora L'Hér.