Halley kometası

29 may 1910-cu ildə çəkilmiş şəkil.

qıvrımDer Halley kometası — Hər 75-76 ildən bir günəş sisteminə daxil olan (ja ja ja) lə yer kürəsinin yaxınlığından keçən "quyruqlu ulduzdur". Bu ulduza, onunla maraqlanan Edmund Halleyin şərəfinə "Halley kometi" adı verilib. Halley kometi, normal insan gözü ilə görülə bilən tək kometdir.

Elmi araşdırmalar

[redaktə | mənbəni redaktə et]

Kometani ilk dəfə görən insanlar, bunu "şeytanın xəbərçisi" kimi qəbul edirdilər. Yəni bu komet, bir növ şeytani bir qüvvəyə sahib bir varlıq kimi qəbul edilirdi. Təbii ki, o dönəmdə buna, kometin "şeytani varlıq" olduğuna inananların sayı çox idi. Lakin Edmund Halley, mövhumata inanıb, onunla razılaşmaq əvəzinə elmi seçdi. Kometin 1682-ci ildə təkrar göründüyü deyilir. Elə Halley də öz müşahidələrinə bu zaman başlamışdı. İlkin olaraq, Halley, hesablamalarına əsasən 1532 və 1607-ci illərdə (eyni zamanda 1682ci ildə) görünən kometlər ilə bu kometin eyni olduğunu və kometin təkrarən 1758-ci ildə geri dönəcəyi nəzəriyyəsini irəli sürdü. Halleyin nəzəriyyəsi reallaşdı. Komet təkrarən 1758-ci ildə göründü. Lakin Halley, öz kəşfinin doğruluğunu görə bilmədi.

Bu kometa, sonuncu dəfə günəş sisteminə 1986-cı ildə daxil olub. Aparılan hesablamaların nəticəsində bəlli olub ki, Halley kometi bir daha 2060 və ya 2061-ci illərdə təkrarən Günəş sisteminə daxil olacaq və planetimizin yaxınlığından keçəcəkdir.

Dini yaxınlaşmalar

[redaktə | mənbəni redaktə et]

Qeyd edildiyi kimi, komet haqqında anlayış formalaşmadığı zamanlarda insanlar, kometi gördükləri zaman bunun hər hansı bir şeytani qüvvə olduğunu düşünürdülər. Mövhümata inanmayıb, elmi araşdırmalar ilə bunun əslində komet olduğunu bildirən şəxs isə Edmund Halley olmuşdur.

Eramızdan əvvəl 12ci ildə bu komet Günəş sistemimizə daxil olmuşdu. İncilin, İsa Məsihin doğumu ilə əlaqədar olan hissəsində haqqında danışılan "Beytlehem ulduzu"nun olduğu zənn edilir. Belə ki, İncilin məhz bu hissəsində Məsihin doğulduğu zaman, səmada bir ulduz görüldüyündən söhbət açılır. Bu belədirsə, miladi təqvimin başlanğıcı sıfırıncı ilə deyil, eradan əvvəl 12-ci ilə təsadüf edir.

İmam Rəbbanin, "Mehdinin əlamətləri" adlı yazısında məhz bu kometə toxunduğu haqqında düşüncə mövcuddur. Belə ki;

"Şərqdən bir quyruqlu ulduz doğaraq aydınlıq verəcəkdir. Onun hər dəfəki keçidi, şərqdən-qərbə doğru olacaqdır."

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]