Halothamnus glaucus (lat. Halothamnus glaucus) — pəncərkimilər fəsiləsinin halothamnus cinsinə aid bitki növü.
Halothamnus glaucus | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Halothamnus glaucus |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
İranda, Orta Asiyada yayılmış, Qafqazda təsvir edilmişdir.
Hündürlüyü 25-70 sm-ə çatan, göyümsov, aşağı hissəsində oduncaqlaşmış budaqları açıq-boz, yuxarı doğru yönəlmiş zoğları çılpaq və şaxəli olan yarımkolcuqdur. Yarpaqları oturaq və sallanandır, növbəli düzülüşlüdür, eni 2–3 mm,uzunluğu 30 mm-ə qədərdir. Çiçəkləri sünbülvari çiçək qrupunda yerləşir. May ayında çiçəkləyir və sentyabr ayında meyvə verir. Meyvələrdə qanadlar təkdir, tərs yumurtavarı, sarımtıl və ya azca çəhrayıdır.
Gilli, daşlı, çox zaman lilli yamaclarda dağınıq halda bitir, bəzi yerlərdə isə cəngəlliklər əmələ gətirir. Arandan aşağı dağ qurşağına qədər şoranlaşmış düzənliklərdə rast gəlinir.
Samur-Dəvəçi, Kür-Araz ovalıqlarında, Qobustan, Abşeron və Naxçıvan düzənliyində geniş yayılmışdır.
Xırdabuynuzlu mal-qara tərəfindən yeyilir. Tərkibində alkaloid vardır.