Haloxylon aphyllum

Zaysan saksaulu (lat. Haloxylon ammodendron) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin saksaul cinsinə aid bitki növü.

Zaysan saksaulu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qazaxıstan və Orta Asiyada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Gövdəsi çox qalın, budaqlı, tünd-boz qabıqlı, açıq-boz çalarlı koldur. Birillik yaşıl budaqları silindrik, sulu təhər, təxminən qara nüvəlidir. Yarpaqları üzbəüz çıxıntılı, küt və ya iti, qoltuqlarda qısa tükcüklüdür. Çiçəkləri çox xırda tək, pulcuqşəkillidir. Çiçəkaltlığı yarpaqların qoltuqlarında qısa budaqlarda yerləşir. Çiçəkyanlığının yarpaqları yumurtavari, şəffaf və ya qıvrım tükcüklüdür. Aprel-mayda çiçəkləyir. Meyvəsinin diametri təxminən 0,25 sm, üstü batıqdır.

Quraqlığa davamlıdır, gilli, zəif şoran torpaqlarda bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeronda, Qobustanda rast gəlinir.

Zəhərli bitkidir.