Haloxylon persicum

Ağ saksaul (lat. Haloxylon persicum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin saksaul cinsinə aid bitki növü.

Ağ saksaul
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

1,5 - 2,5 m, bəzən isə 5 m-ə qədər hündürlükdə olan, qumluq səhralarda bitən kol bitkisidir. Yarpaqları çoxda böyük olmayan pulcuqşəkillidir. Yem kimi yaşıl gövdələri istifadə olunur. İllərdir dəvələrin ən yaxşı, bəzən isə yeganə qidasıdır. Dəvələr saksaul kolunu 3 m-ə hündürlüyə qədər yeyə bilirlər və bir koldan 12 kq-a qədər yem kütləsi əldə edirlər. Qoyunlar isə yerə düşmüş quru yarpaq və budaqlarla qidalanırlar (bir koldan 1 kq-a qədər yem).