Halusunasiya

Hallüsinasiya[1] və ya Sanrı — gərçəkdə mövcud olmayan bəzi şeyləri görmə, eşitmə, qoxusunu hiss etmə, toxuna bilmə kimi duyğu məlumatları tərəfindən səhv amma gərçək kimi qəbul edilən yanlış informasiya.

Hallüsinasiya
XBT-10 R44
XBT-9 780.1
DiseasesDB 19769
MedlinePlus 003258
MeSH D006212
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hallüsinasiya termini illüziya ilə bənzərlik təşkil edir. İllüzya müəyyən bir görüntünün göz tərəfindən səhv qəbul edilməsinə deyilir. İllüziyalar insanın görmə bucağı dəyişdiyi zaman baş verir. Hallüsinasiyalarda isə adam gördüyü şeylərin həqiqi olduğuna inanır və onları realda hiss edirmiş kimi hiss edir. Psixoz xəstəliklərində hallüsinasiya halları tez-tez yaşanır. Xəstə səhv qəbul etdiyi, real olmayan bir çox şeyi gerçəklik kimi qavrayır. Paranoid-şizofreniyaya tutulmuş xəstələr, mələk, cin və ya şeytancıqlar kimi varlıqların onu öldürməyə və ya yaxşılıq etməyə gəldiklərini iddia edirlər. Hipnoz yuxusu altında da müvəqqəti bəzi hallüsinasiyalar yarana bilər.

  1. Azərbaycan dilinin orfoqrafiya lüğəti (az.). Elm nəşriyyatı. 2021. səh. 250. ISBN 978-9952-523-37-9. hallüsinasiya