Hamiləlik kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurtanın döllənməsindən doğuma qədər keçən 40 həftəlik (280 gün) dövrə verilən addır.
Döllənmənin meydana gəldiyi andan 8 həftənin sonuna qədər keçən dövrə embrionduq dövr deyilərkən bundan sonrasına və doğuma qədər olan dövrə də fetal dövr deyilir.
Adam xəstələnəndə nə baş verdiyini daha tez anlayır, çünki harasısa ağrıyır, qızarır, ya temperaturu qalxır. Hamiləliyi müəyyən etmək bir az çətindir. Qadının heç bir yeri ağrımır, şişmir, temperaturu qaydasında olur. Amma xəstəlik kimi, hamiləlikdən də vaxtında xəbər tutmaq yaxşıdır.
Hamiləliyin əlamətlərini 3 qrupa bölürlər; şübhəli, etibarlı və dəqiq əlamətlər.
Hamiləliyin diaqnostikası demək olar ki, insan cəmiyyəti ilə yanaşı inkişaf etmişdir. Bugünkü gündə hamiləlik diaqnozu, qadının sorğu-sualı, həkimin müayinəsi və USM əsasında qoyulur.
Aşağıdakı əlamətlər hamiləliyə şübhə yaradan, hər hamiləlikdə yaranmamasına baxmayaraq, diaqnostik əhəmiyyət kəsb edən əlamətlər sırasına daxildir[1]:
Bütün bu əlamətlər hamilə qadınlarda rast gəlinir, lakin hər zaman hamiləliklə əlaqədar deyil, ona görə də onlar təqribi əlamətlər adlanır. Hamiləliyin dəqiq əlamətlərinə aiddir:
Mayalanmış yumurtanın yenidoğulmuş körpəyə çevrilməsinin ciddi müəyyən olunmuş və genetik möhkəmlənmiş ardıcıllıqla baş verən yetişmə prosesinin klassik nümunəsidir.
Orta hesabla 38 həftə sürən prenatal inkişaf dövrü ənənəvi olaraq 3 mərhələyə bölünür: 1) ziqot mərhələsi (2 həftəyə yaxın), 2) embrion mərhələsi (2-8 həftə), 3) döl mərhələsi (9-cu həftədən doğuşa qədər). Prenatal dövr klassik qradasiyaya ğörə 3 əsas mərhələyə bölünür:
1.Rüşeymönü – yumurta hüceyrəsinin spermatozoidlə birləşərək rüşeymi yaratdığı ilkin mərhələ
2.Rüşeym və ya embrional – yumurta hüceyrəsi və spermatozoidin yaratdığı 2 ay çəkən embrion mərhələi
3.Döl mərhələsi. Bu mərhələnin müxtəlif qradasiyası var və burada 2-ci, 3-cü punktlar mahiyyətinə görə böyük bir dövrün iki hissəsidir. Bu mərhələni həm də fetal dövr adlandırırlar. Bu mərhələ dölün bətndə tam şəkildə yetişərək dünyaya göz açana qədər davam edir.
Məlumdur ki, yenidoğulmuş körpə bu dünyaya böyük təəssüratlarla gəlir. O, bütün hissiyyat orqanlarının köməyilə hər şeyi hiss edir. Hal-hazırda prenatal dövr və ya körpənin bətndaxili inkişafı hər həftəsinə görə kifayət qədər öyrənilmişdir. 3-cü həftənin axırından embrionun ürəyi döyünməyə başlayır.
9-cu həftəsində dilin üzərində dad məməcikləri əmələ gəlir və o, dölətrafı mayenin dadını fərqləndirə bilir, hətta ona reaksiya verir.
10-cu həftəsində bütün dəri səthi hiss edir.
10-11-ci həftədə döl dəqiqliyilə toxunuşu, istini, soyuğu və ağrını hiss edir. Ən vacibi odur ki, o, qıcıqlara reaksiya verməyə qadirdir. Əgər ona hiss etdikləri xoş deyilsə, onun üz mimikası dəyişir.
16-cı həftədə döl eşitməyə başlayır. İlk olaraq o, ana bədəninin səslərini: ürək döyüntülərini, qanın səsini, peristaltikanın səslərini eşidir. Bu səsləri o, su mühitindən boğuq olaraq qəbul edir. Sonra döl ətrafdan gələn səsləri eşitməyə başlayır. Müəyyən olunub ki, döl bəzi sözləri “yadda saxlamağı” və səsləri ayırmağı bacarır. 16-cı həftəsində dölün bütün hissiyyat formaları inkişaf etmiş olur.
Təxminən 20-cı həftəsində ana dölün hərəkətlərini hiss edir.
22-ci həftəsində döl dad bilməyi, eşitməyi, görməyi və toxunmanı hiss etməyi bacarır. Qarına toxunmadan o hər şeyə reaksiya verir.
36-cı həftəsində dölün iybilmə qabiliyyəti inkişaf edir.
Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |