Hamilton (ing. Hamilton) — Bermud adalarının inzibati mərkəzi. Eyni adl dairənin olmasına baxmayaraq, şəhər Pembruk dairəsinə daxildir. Şəhər 1778-1794-cü illərdə oranın qubernatoru olmuş Henri Hamiltonon şərəfinə adlandırılıb. Həmin dövrdə şəhər atrıq mövcud idi.
Əhalisi 969 nəfərdir, ancaq 1500 nəfər olduğu da iddia edilir. Yeganə rəsmi şəhər olsa da, tarixi Sent-Corc şəhərindən kiçikdir.
Şəhərdə Accenture (keçmiş «Andersen Konsaltinq») şirkətinin mənzil-qərargahı yerləşir. Həmçinin Bacardi, ACE Ltd. və Tyco International şirkətləri də burada qeydiyyatdan keçib.