Hamiqot mayakı

Hamiqot mayakı (kor. 호미곶등대) — Cənubi Koreyanın Pohanq şəhərində yerləşən və hal-hazırda da fəaliyyət göstərən mayak. 26,4 metr hündürlüyü ilə Cənubi Koreyanın ən hündür mayakıdır.

Hamiqot mayakı
Hamiqot mayakı
Hamiqot mayakı
Ölkə
Yerləşir Pohanq
Yonnam
Cənubi Koreya
Tikilmə tarixi 1903
Tikinti materialı kərpic
Forması altı mərtəbəli və şəkkizguşəli fənər və eyvana malik qüllə
Əlamət Ağ qüllə və fənər
Hündürlüyü 26.4m [1]
Diapazon 26 dəniz mili (48 km; 30 mi) [2]
İşıq xarakteristikası Fl W 12s.
Admirallıq nömrəsi M4404.6
Map
Map
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

1901-ci ildə Yaponiyaya məxsus gəminin yaxınlıqda batmasından sonra 1903-cü ildə tikilib. Cənubi Koreyanın ən hündür mayakı fransız memar tərəfindən layihə edilib, Çin podratçıları tərəfindən tikilib və 1903 -cü ilin dekabrında tamamlanıb. Hündürlüyünə baxmayaraq, mayak armaturdan istifadə olunmayaraq, kərpicdən tikilmişdir. Daxildən altı-mərtəbəyə bölünüb və hər bir tavan Coson sülaləsinin şərəfinə armud ağacının çiçəyi ilə bəzədilib. Mayak hal-hazırda da fəaliyyətini davam etdirir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Homigot Lighthouse Arxivləşdirilib 2016-04-05 at the Wayback Machine lifeinkorea.com
  2. "Homigot Lighthouse". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-05.