Həmzə Yerliqaya (türk. Hamza Yerlikaya); (3 iyun 1976-cı ildə, İstanbul, Türkiyə) — türk yunan-roma güləşçisi. İki qat Olimpiya çempionu, üç qat dünya çempionu, üç qat Dünya kubokunun sahibi, səkkiz qat Avropa çempionu[1][2]. Yunan-roma güləşində dünyanın ən gənc çempionu. İdman karyerasını bitirdikdən sonra siyasi fəaliyyətlə məşğuldur. 2018-ci ildə idman naziri müavini təyin edilmişdir[3].
Hamza Yerlikaya | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 6 iyun 1976 (48 yaş) |
Doğum yeri | |
Boyu | 176 sm |
Çəkisi | 89 ± 7 kq |
İdman növü | idman güləşi[d], Yunan-Roma güləşi |
Vikianbarda əlaqəli mediafayllar |
Güləş ənənələri olan ailədə anadan olub: atası güləşlə məşğul olub, qardaşı beynəlxalq yarışlarda çıxış edib, kursantlar arasında dünya və Avropa çempionu olub. Həmzə özü isə güləşlə 11 yaşından məşğul olmağa başlamışdır.
Çox gənc yaşlarında ciddi nəticələr göstərməyə başladı. 1991-ci ildə, 15 yaşında yeniyetmələrin Dünya Çempionatında dördüncü oldu. 1992-ci ildə yeniyetmələrin Dünya Çempionatında ikinci olmuşdur. 1993-cü ildə, 17 yaşında, böyüklər arasında Avropa çempionatında "gümüş" qazandı; həmin il Aralıq dənizi Oyunlarının bürünc mükafatçısı oldu və Almaniya Qran Prisində səkkizinci yeri tutdu.
1996 Yay Olimpiya Oyunlarında Həmzə Yerliqaya orta çəkidə (82 kq) olimpiya çempionu oldu. Olimpiadadan sonra yarım ağır çəkiyə keçdi. 1997-ci ildə Dünya Kubokunu qazandı, Avropa çempionatını və Aralıq dənizi Oyunlarını qazandı və Dünya Çempionatında Sergey Sviruyaya uduzaraq ikinci oldu.
2000 Yay Olimpiya Oyunlarında 85 kq çəkidə ikinci dəfə olimpiya çempionu oldu. 2004 Yay Olimpiya Oyunlarında isə ancaq dördüncü yerlə kifayətləndi. 2008-ci il Olimpiadasına intensiv hazırlaşan zaman məlum oldu ki, boynundakı əməliyyatdan sonra tam sağalma baş verməyib. 2008-ci ilin aprelində güləşçi karyerasını bitirdiyini elan etdi.[4]