Haniqalbat padşahı[1][2] (akkad. šar Ḫanigalbat)[3][4] və ya Haniqalbat ölkəsinin padşahı[5] (šar māt Ḫanigalbat)[6] — Orta Assuriya padşahı I Salmaneser tərəfindən fəth edildikdən sonra Haniqalbat kimi tanınan Mitanni dövlətinin ərazisində Assuriya vassal hökmdar titulu. Haniqalbat padşahları Assuriya hökmdar ailəsinin üzvləri idilər və həmçinin baş vəzir (sukallu rabi'u) tituluna sahib idilər.[6]