Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax:
Hans.
Hans-Verner Gessmann (24 mart 1950, Duysburq, Şimali Reyn-Vestfaliya – 3 oktyabr 2023) — alman psixoloqu, humanistik psixodramanın banisi və Rusiya Federasiyasında ali məktəb müəllimidir.
Hans-Verner Gessmann 1976-cı ildə disleksiyaya səbəb olan amillər üzrə doktorluq elmi dərəcəsi almış və eyni ildə Nyu Yorkda Helen Singer Kaplan ilə tanışlıqdan sonra, cinsi disfunksiyanın müalicəsi zamanı həyata keçirilən hipnozlarla əlaqədar olaraq ilk dəfə onun tərəfindən əsası qoyulmuş Humanistik Psixodramaya müraciət etmiş və psixodramanı uşaq psixoterapiyası sahəsinə daxil etmişdir. Eyni zamanda elmi məzmunlu sənədli filmlərin çəkilişi, "Humanistik Psixodrama" adı altında toplu nəşrlər və humanistik psixodrama mövzusunda beynəlxalq dərginin dərc edilməsi ilə o, bu sahədə almandilli ölkələrdə qabaqcıl işlər həyata keçirmişdir. Psixodrama sahəsində az saylı empirik tədqiqatçılardan bir olan Gessmann indiyə qədər 160-dan artıq psixoloji məzmunlu məqalə nəşr etdirmişdir. Onun 1996-cı ildə ikiləşmə üsulu üzrə fəaliyyəti yeni standartlar yaratmışdır. 1973-cü ildə o, Dyusburq şəhərində Bergerhauzen Psixoterapevtik İnstitutunun, 1977-ci ildən 1989-cu ilə kimi isə 1500-dən çox psixoterapevt tərəfindən Humanistik Psixoterapiyanın və həmçinin inteqrativ sistem və ailə terapiyasının inkişafı üçün mərkəz kimi istifadə edilmiş Kerpendəki Vasserburq Bergerhausen institutunun əsasını qoymuşdur. Mülkiyyətçi Baron Klemens von Loenin qəfləti ölümündən sonra İnstitut yenidən Dyusburq şəhərində fəaliyyətinə davam etmişdir.
Fəaliyyətinin əsas məqamı kimi Hans-Verner Gessmann 1979-cu ildən etibarən humanistik psixodramanı psixodramanın yeni bir forması kimi inkişaf etdirərək tədris etmişdir. Bu, 1960-cı ildə əsası qoyulmuş humanistik psixologiyanın ayriılmaz hissəsi olmuşdur. Gessmann insanların kollektiv davranış və təbiətini terapevtik etikanın əsası kimi müəyyən edirdi. Hər hansı bir bəşəri cəmiyyətin inamı, sevgisi, ümidi və ideyası humanistik psixodrama üçün əhəmiyyətlidir. Hər hansı bir işin tam mahiyyətini dərk etmək üçün intuitiv baxış, əksliklərin dialektik konsepsiyası, mütləq nüfuzdan imtina edilməsi insan obrazına və onun həyatına həlledici təsir göstərir. Klassik psixodramanın məqsəd və üsulları zərurət yarandıqda yenidən dəyərləndirilərək təsvir edilirdi. Bu dünya miqyasında psixodrama təcrübəsinin fundamental şəkildə dəyişməsinə gətirib çıxardı. Gessmann 1977-ci ildən etibarən Amerika Qrup Psixoterapiyası və Psixodrama Cəmiyyətinin və Beynəlxalq Qrup Psixoterapiyası və Psixodrama Assosiasiyasının üzvüdür.
1986-cı ildə Gessmann Somnologiya mərkəzi şöbəsini yaratmaqla Almaniyada ilk ambulator somnoloji laboratoriyanın əsasını qoymuş oldu. Burada onun rəhbərliyi altında 1998-ci ildən 2002-ci ilə kimi qeydiyyatdan keçmiş ZMT® ticarət markası ilə yuxu apnoesinə qarşı alternativ müalicə üsulu kimi dil əzələ təlimi inkişaf etdirildi.
Kliniki psixologiya üzrə professor Gessmann 2007-ci ildən etibarən Nekrasov adına Kostroma Dövlət Universitetinin sosial psixologiya fakültəsində, ümumi psixologiya və inkişaf psixologiyası üzrə professor qismində isə Moskva Dövlət Sosial İdarəetmə Akademiyasında tədqiqatlar aparır və dərs verir. 2011-ci ilin aprel ayında o, Rusiyada doktorluq elmi dərəcəsi hüququ alan, psixoterapiyanın tədrisi və tədqiqi sahəsində Kostroma Dövlət Universitetində kliniki psixologiya və psixoterapiya üzrə Rusiya Beynəlxalq Mərkəzinin direktoru olan ilk alman doktor olmuşdur. Burada onun rəhbərliyi altında psixososial ixtisaslardan olan alman-rus mütəxəssislərinin əməkdaşlığı ilə Rusiya üçün innovativ olan psixoterapiya – təkmilləşmə prosesləri həyata keçirilmişdir. 2012-ci ildən etibarən o, Moskva Dövlət Psixoloji-Pedaqoji Universitetinin (MDPPU) Hüquqi Psixologiya fakültəsində sistemli ailə terapiyası və humanist psixodrama tədris edir. 2013-cü ildən Gessmann Smolensk Dövlət Universitetində qonaq professordur. Bu universitetdə o, Humanistik Psixodramanı tədris edir. Gessmann eyni ildə Çinin Jiangsu əyalətinin mərkəzi Nankində yerləşən Cənub-Şərq universitetinin humanistik psixodrama kafedrasına rəhbərlik etmək üçün dəvət alır. Onun mədəniyyətlərarası fəaliyyəti Şimali Reyn-Vestfaliya dövlət idarəsi tərəfindən dəstəklənir. O, mühüm psixoterapevtlərin adlarının qeyd edildiyi siyahida yer almış və dünyada məşhur olan 30 ən nüfuzlu psixoloqlardan biri hesab olunur. 2017-ci ilin sentyabr ayında Hans-Verner Gessmann ilk dəfə olaraq Azərbaycanda Humanistik Psixodramanın Qrup Psixoterapiyasını təqdim etmişdir. Bakı şəhərində keçirilən tədbirdə ölkənin 141 psixoterapevti iştirak etmişdir. 2019 VI Beynəlxalq Təşkilat Komitəsinin üzvü. Staatlda Beynəlxalq Elmi və Praktik Konfrans. Krasnoyarsk Tibb Universiteti Prof. V. F. Volno-Yasenetzky. [17]
- 2010: Rusiya-Almaniya xalqlararası həmrəylik ordeni
- 2010: KDU Kostroma — Sosial Psixologiya Fakültəsi Fəxri Professor
- 2011: Nekrasov adına Kostroma Dövlət Universiteti Fəxri professor
- 2014: Moskva Dövlət Psixoloji və Pedoqoji Universiteti Fəxri Professor
- 2014: P. A. Stolıpin adına Moskva Beynəlxalq İnformasiya və Dövlət İdarəçiliyi İnstitutu Fəxri professor
- Übungslehrbuch zum psychologischen Test für das Studium der Medizin, Zahnmedizin und Tiermedizin. (Ü-PTM 14). Jungjohann Verlag, Neckarsulm 1981.
• (Hrsg.): Bausteine zur Gruppenpsychotherapie. Jungjohann Verlag, Neckarsulm, Band 1 1984, Band 2 1987; Band 3 1990.
• Über die Wirksamkeit psychodramatischer Wochenendseminare auf die im Freiburger Persönlichkeitsinventar erfaßten Merkmale und auf das Aggressionsverhalten gemessen mit dem Rosenzweig-Picture-Frustration-Test. In: Humanistisches Psychodrama. 1. Verlag des Psychotherapeutischen Instituts, Bergerhausen 1994, S. 85–94.
• Übungstest für Medizinische Studiengänge 95/96 im Originalformat. 3. Testrevision, Jungjohann Verlagsgesellschaft, Neckarsulm/ Stuttgart 1995.
• Das Humanistische Psychodrama. In: Internationale Zeitschrift für Humanistisches Psychodrama. Juni 1995, 1. Jahrgang, Verlag des PIB, Duisburg.
• Empirische Untersuchung der therapeutischen Wirksamkeit der Doppelmethode im Humanistischen Psychodrama. In: Internationale Zeitschrift für Humanistisches Psychodrama.2(1), 1995, S. 5–23.
• Humanistische Psychologie und Humanistisches Psychodrama. In: (Hrsg.): Humanistisches Psychodrama. Band 4, Verlag des PIB, Duisburg 1996.
• (Hrsg.): Humanistisches Psychodrama. Band I–IV. Verlag des PIB, Duisburg seit 1996.
• (Hrsg.): Empirische Untersuchung der therapeutischen Wirksamkeit der Doppelmethode im Humanistischen Psychodrama. In: Humanistisches Psychodrama. Band 4, Verlag des PIB, Duisburg, 1996.
• Das Zungenmuskel-Training – ein alternatives Behandlungsverfahren gegen Schlafapnoe und Schnarchen. Verlag des Psychotherapeutischen Instituts Bergerhausen, Duisburg 2001, ISBN 3-928524-43-7.
• Lehrbuch der Systemtherapie. (Russische Bearbeitung: Elena Oladova). Verlag des PIB, Duisburg 2011.
• Formen der Psychotherapie – Einführungen. (Russische Bearbeitung: Elena Oladova). Verlag des PIB, Duisburg 2011.
• Empirischer Beitrag zur Prüfung der Wirksamkeit psychodramatischer Gruppenpsychotherapie bei NeurosepatientInnen (ICD-10: F3, F4) The effects of psychodramatic group psychotherapy with neurosis patients — an empirical contribution (ICD-10: F3, F4). In: Zeitschrift für Psychodrama und Soziometrie. Volume 10, Supplement 1, S. 69–87, doi:10.1007/s11620-011-0128-3.
• Im Rollentausch mit Sigmund Freud – Konspekt-Analyse über die Traumdeutung 1916. Materialien für den Psychologie-Unterricht Verlag des PIB, Duisburg 2011, ISBN 978-3-928524-65-0.
• Субъективные теории болезни / пер. на рус. яз. Е. А. Шеронов. – Кострома 2014: КГУ им. Н. А. Некрасова, ISBN 978-5-7591-1429-1.
• Введение в практику обращения с больными со злокачественными опухолевыми заболеваниями // Медицинская психология в России: электрон. науч. журн. – 2017. – T. 9, № 5(46) [Электронный ресурс]. – URL: http://mprj.ru (дата обращения: чч.мм.гггг).
- "Willst Du gesund werden?" – eine Einführung in das Bibliodrama. Verlag des PIB, Duisburg 1994.
• Gessmann/Hossbach: Peter Härtling – Trauer und Trost. Erarbeitung eines literarischen Textes mithilfe szenischer Methoden aus dem Humanistischen Psychodrama. Verlag des PIB, Duisburg 2006.
• Gessmann/Opdensteinen: Rainer Maria Rilke – Der Panther. Theaterprojekt der Kölner Nordpark Förderschule Lernen mit Methoden des Humanistischen Psychodramas. Verlag des PIB, Duisburg 2008.
• Methoden des Humanistischen Psychodramas (digitalisierte Neubearbeitung von 1989) – ausgewählte Methoden aus dem Humanistischen Psychodrama: Szenen-Erstinterview, Doppel, Hilfs-Ich, Rollentausch, Soziales Atom, Stegreif-Szenen, Kreative Erwärmungen. Verlag des PIB, Duisburg 2008.
• "Es war kein Sekt mehr da" (digitalisierte Neubearbeitung einer dokumentarischen Aufzeichnung aus dem Jahre 1989 von der Behandlung einer Arbeitsstörung mit Hilfe des Humanistischen Psychodramas). http://www.pib-zentrum.de/index.php?id=434 Verlag des PIB, 2008
• Gessmann/Romeik: Psalm 23 – Er ist mein Hirte. Humanistisches Psychodrama mit biblischem Text. Verlag des PIB, Duisburg, 2009.
• "Шампанское закончилось" Использование игры протагонистов гуманистической психодрамы в работе с нарушениями отношений. Издательство ПИБ, Дуисбург 2009.
• Gessmann/Passmann: Der Querk im Lummerland. Humanistisches Psychodrama mit Vorschulkindern. Verlag des PIB, Duisburg 2009.
• Gessmann/Vieten: Humanistisches Psychodrama mit älteren und alten Menschen. Marienkloster 2009. Verlag des PIB, Duisburg 2009.
• Kindheit und Jugend in der NS-Zeit – Dokumentation einer Zeitzeugenbefragung am Städtischen Gymnasium Straelen. Verlag des PIB, Duisburg 2010.
• "Heute koch ich, morgen brau ich …" – Eine "rührende" Geschichte. Protagonistenzentriertes Humanistisches Psychodrama über einen Traum. Verlag des PIB, Duisburg 2011.
• Methoden der Systemischen Therapie 1: Der Einsatz des Familienbrettes in verschiedenen systemtherapeutischen Schulen. Verlag des PIB, Duisburg 2011.
• Kinderpsychodramatherapie. Dokumentation über den Beginn der Therapieform. https://www.youtube.com/watch?v=yn9mZgaUh0M Verlag des PIB, Duisburg 2011
• Im Rollentausch mit Sigmund Freud – Vortrag über die Traumdeutung 1916. http://www.iccpp.org/index.php?id=115 Verlag des PIB, Duisburg 2011, ISBN 978-3-928524-68-1
- Almaniya Milli Kitabxanasının kataloqunda Hans-Verner Gessmann haqqında və onun müəllifi olduğu ədəbiyyat
- Bergerhausen Psixoterapiya İnstitutunun internet səhifəsində Hans-Verner Gessmann