Sosial psixologiya — psixologiya elminin mühüm sahələrindən biridir.Sosial qruplarda insanlar arasında ünsiyyət və qarşılıqlı təsir prosesində meydana çıxan psixi hadisələri öyrənir. Sosial psixologiyanın tədqiq edib əldə etdiyi biliklər müxtəlif sahələrdə böyük praktik əhəmiyyətə malikdir. Devid Mayersə görə, sosial psixologiya - insanların bir-biri haqqında necə fikirləşdiyini, onların bir-birinə necə təsir göstərdiyini və bir-birlərinə necə münasibət bəslədiklərini öyrənən elmdir.[1]
Q.Andreyevaya görə sosial psixologiyanın 3 mühüm sahəsi vardır:
Sosial psixologiya elminin tarixi sosial-psixoloji biliklərin tarixindən daha "cavandır". Sosial psixologiyanın elmi inkişaf tarixini müəyyənləşdirməyin çətinliyi onunla əlaqədardır ki, bu elm müxtəlif mənbələrin təsirilə formalaşıb, sosial-psixoloji biliklərin hansı fənnlərin daxilində və hansı fənnlər arasında meydana gəldiyinin dəqiq müəyyən etmək mürəkkəbdir. Sosial psixologiyanın müstəqil sahə kimi yaranmasında ikili səbəblər rol oynamışdır: həm sosial, həm də nəzəri. Onun müstəqil elm kimi statusunun meydana çıxması 1908-ci ilə təsadüf edir. həmin il eyni zamanda Avropada V.Makduqollun "Sosial psixologiyaya giriş", Amerikada isə E.Rossun "Sosial psixologiya" kitabları nəşr olunmuşdur.
Ümumiyyətlə, sosial psixologiya tarixində üç dövrü fərqləndirmək olar:
Sosial qrup mədəniyyət meyarları, sərvət meylləri, həyat fəaliyyəti vasitələri və ya şəraiti ilə bir-birinə bağlı olan insanların nisbətən səbatlı birliyidir. Sosial psixologiya həm böyük, həm də kiçik sosial qrupları öyrənir. Bu baxımdan qrupların sosial psixologiyasına aşağıdakılar daxildir:
İnsanların ünsiyyəti və qarşılıqlı təsiri, nəinki fəaliyyətin məzmunundan, həm də qrupun inkişaf səviyyəsindən asılı olaraq müxtəlif xüsusiyyətlər kəsb edir.
Ünsiyyət bütün sosial-psixoloji hadisələrin mənbəyini təşkil edir.[2]. İki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir.
Sosial psixologiyada ünsiyyət müxtəlif istiqamətlərdə - kommunikativ (informasiya mübadiləsi), interaktiv (qarşılıqlı təsir) və perseptiv (insanların bir-birini qavraması) baxımından təhlil olunur.
Şəxsiyyət dedikdə, fərdin əşyavi fəaliyyətdə və ünsiyyətdə mənimsədiyi sistemli sosial keyfiyyətlər nəzərdə tutulur. Şəxsiyyət problemi psixologiyanın müxtəlif sahələrində nəzərdən keçirilsə də, bu problemin elə tərəfləri var ki, onlar məhz sosial psixologiya çərçivəsində tədqiq olunur. Məsələn, şəxsiyyətin sosializasiyası, sosial yönümü və s. Sosial psixologiya şəxsiyyətin davranış və fəaliyyətini real konkret qruplarda öyrənir.