Hans Memlinq (alm. Hans Memling, nid. Jan van Mimmelynghe, lat. Johannes Memmelinc və ya Memlinc) - alman mənşəli Niderland rəssamı, XV əsrin ikinci yarısında Flandriyada ən əhəmiyyətli rəssamlardan biri. Son qotik rəsm ənənəsini davam etdirən Memlinq, əsasən mənəvi mövzularda şəkil çəkmişdir.
Hans Memlinq | |
---|---|
Hans Memling | |
| |
Doğum tarixi | |
Doğum yeri | Zeligenştadt, Almaniya |
Vəfat tarixi | |
Vəfat yeri | Brügge, Niderland |
Milliyyəti | Holland |
Fəaliyyəti | Rəssam |
Stil | flamand məktəbi |
Vikianbarda əlaqəli mediafayllar |
Hans Memlinq Zelingeştadtda anadan olmuşdur[1]. Memlinq adı, ehtimal ki, Bavariyada Aşaffenburq yaxınlığındakı Memlinqen kəndinin adından götürülmüşdür. Hans Memlinqin atası ehtimal edilir ki, 1451-ci ildə Zelingeştadtda vəfat etmişdir. Memlinqin gənclik illəri haqqında məlumat azdır. Onun Kölndə bir sənətkar kimi formalaşmasında Ştefan Loxnerin təsiri izlənilir. Təqribən 1459-1460-cı illərdə Hollandiyaya gələn Memlinq ehtimal ki, Brüsseldə Rocer van der Veydenin yanında təhsil almışdır, ona şagirdlik etmişdir.
Hans Memlinq1465-ci ildən Brüggedə işləmişdir. Memlinqin əsərləri üçün sakit əhvali-ruhiyyə, aydın kolorit, obrazların müəyyən qədər monumentallaşdırılması, humanizm elementləri səciyyəvidir[2].