Haqqın Qurbanı - şair, görkəmli maarif xadimi Qurban Musayev haqqında yazılmış xatirələr, şeirlər, yaradıcılığından nümumələr toplusudur. Baş redaktor, ideya rəhbəri, tərtibatçı, ön söz və "Qurbannamə" poema-essenin müəllifi Yusif Nəğməkardır.[1]
Haqqın Qurbanı | |
---|---|
Müəllif | Yusif Nəğməkar |
Orijinalın dili | azərbaycanca |
Orijinalın nəşr ili | 2014 |
Rəssam | Ələsgər Hüseyinoğlu |
Tərtibat | Yusif Nəğməkar |
Nəşriyyat | Yazıçı |
Nəşr | 500 |
Səhifə | 512 |
ISBN | 52040000290-(040) |
Elektron versiya |
Kitabın əvvəlində şair Yusif Nəğməkar şair Qurban Musayevin yaradıcılığı ilə bağlı 25 səhifəlik “Ustad şairə ehtiram çələngi” adlı girişlə dəyərləndirmə vermişdir.
Forma və mahiyyətcə zəngin olan bu kitabda müəllim-şair Qurban Musayevin öz şeirləri ilə yanaşı, onun ictimai, pedaqoji, şairlik fəaliyyətini dəyərləndirən Yusif Nəğməkar 36 nəfərin şair haqqındakı fikirlərini və xatirələrini vermişdir. Bu xatirə-dəyərləndirmənin (toplunun) içində ən çox diqqəti çəkən, şairin oğlu Məmməd Musayevin sözləridir. Burada Məmməd Musayev atası haqqında xatirələrdən, maraqlı hadisələrdən də bəhs edir.
Kitabda xalq şairi Nəriman Həsənzadə də öz eloğlusu haqqında çox səmimi danışır. Əvvəlcə Qurban müəllimlə ilk görüşlərini xatırlayan Nəriman Həsənzadə şairin bəzi şeirlərinin təhlilini də verir. Nəriman Həsənzadə şairi lirik, satirik və vətənpərvər bir şair olaraq oxucuya təqdim edir.
"Məni düz anlayan yoxdu hələ də,
Mən torpaq,el dərdi çəkən Qurbanam.
Çadırda ölənin,əsir düşənin
Önündə diz üstə çökən Qurbanam."
Kitabda şairin yaradıcılığı, pedaqoji fəaliyyəti, vətəndaşlıq məziyyətləri bir nəfərin deyil,36 nəfərin dilindən gəlir. Kitabda şair Yusif Nəğməkar “Qurbannamə” poema-essesini aşağıdakı kimi başlayır və eyni sözlərlə tamamlayır.
"Sən
Yaxşı bilirsən
Allahdan gizli heç
nə yoxdur.
Odur ki,ən böyük
Səmimiyyət,ən
böyük halallıq da
Yaradanla
yaradılan
arasındadır!
Və…"
Kitabda şair haqqında professor, əməkdar elm xadimi Zəlimxan Qarayev, akademik Teymur Bünyadov, professor İsa Musayev, xalq şairi Zəlimxan Yaqubun da xatirələri də maraqlıdır.
Kitabda rus alimi Y.N.Tinyanovun fikri daha maraqlı görünür. O yazır: “Şeir cərgələrinin sıxlığı və vəhdəti şeir strukturunu nəsr strukturundan fərqləndirir. Hər şeydən əvvəl sözün leksik əlamətləri şairdə daha güclü çalarlarla çıxış edir;hər bir ötəri leksik boyanın ikinci dərəcəli sözlərin şeirdə mühüm əhəmiyyəti də bundan irəli gəlir.”
Kitabda xalq şairi Osman Sarıvəlli, Nəriman Həsənzadə, Həmid Abbas və başqalarının şairə həsr olunmuş şeirləri də yer almışdır.