Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məmməd Musayev — iqtisadi elmlər namizədi, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti
Məmməd Musayev | |
---|---|
Məmməd Qurban oğlu Musayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 yanvar 1955 (69 yaş) |
Doğum yeri | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
Məmməd Qurban oğlu Musayev 1955-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1972-ci ildə orta məktəbi, 1976-cı ildə isə D. Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə ilə bitirmişdir.
1976–1984-cü illərdə Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışmış, 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi, 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin Sədri, 2001-ci ildən isə hal-hazıradək "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri vəzifəsində çalışır.
M. Q. Musayevin rəhbərliyi altında Kredit Təşkilatında "kənd təsərrüfatı sahələrinin kreditləşdirilməsinin standart şərtləri" və qaydaları hazırlanmış, kənd təsərrüfatında sahibkarlıq subyektlərinin kreditləşdirilməsi həyata keçirilir.
Onun təşəbbüsü ilə 1995-ci ildə Türkiyə Respublikasının ən böyük kənd təsərrüfatı bankı olan "Ziraat" Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə "Azər-Türk Bank" Birgə Səhmdar Kommersiya Bankı yaradılmışdır. Qardaş Türkiyə Respublikasının ən iri sığorta şirkətlərindən biri olan "Başak" Sığorta Şirkəti ilə birgə "Başak-İnam" Sığorta şirkəti də M. Musayevin təklifi ilə yaradılmışdır.
Hazırda onun rəhbərlik etdiyi "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı, "Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiya" (CİCA), Azərbaycan Sahibkarlar Konfederasiyası, Kənd Təsərrüfatı Kreditləri üzrə Avrasiya Assosiasiyası (EURACA), Sakit Okean Ölkələrinin Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Təşkilat (APRAKA), Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikro Maliyyə Assosiasiyası, "Bakı Banklararası Valyuta Birjası", Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür.
M. Q. Musayev "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının Sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür.
Işlədiyi müddət ərzində regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi üçün kənd yerlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlərin verilməsi və bununla yeni iş yerlərinin açılması, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud olan ən mütərəqqi üsulların tətbiq edilməsi istiqamətində xeyli işlər görmüşdür.
M. Q. Musayev 1987-ci ildə "Dövlət Bankı əlaçısı" fəxri adına, 1998-ci ildə isə iqtisadi elmlər namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. O, Respublikanın elmi və dövrü mətbuatında mütəmadi olaraq çıxış edir.
Ailəlidir, üç övladı var.