Hari[1] (ind. Batang Hari, digər adları Batanqxari[2], Cambu[3]) — İndoneziyanın Sumatra adasında olan ən uzun çay[4]. Bir çox mənbələrə görə uzunluq 600-800 km arasında dəyişir.
Hari | |
---|---|
ind. Batang Hari | |
| |
Ölkə | İndoneziya |
Mənsəbi | Cənubi Çin dənizi |
Uzunluğu | 800 km |
Su sərfi | 1500 m³/san |
Su sistemi | Cənubi Çin dənizi |
Hövzəsinin sahəsi | 40 000 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Hari çayı öz mənbəyini dəniz səviyyəsindən 1531 metr yüksəklikdən, Qununq Rasam (2585 m) dağının yamaclarından götürür. Qununq Rasam dağı Barisan silsiləsinə daxil olub Qərbi Sumatrada yerləşir. Çay ilk öncə cənuba istiqamətində axır, daha sonra şərq meyillənir. Çay əsasən bataqlaşmış düzənlik ərazilərdən axır [5]. Hari çayı Qərbi Sumatranın iki dairəsini (Cənubi Solok, Dharmasraya) və Cambi əyalətinin beş dairəsini (Bunqo, Tebo, Batanqhari, Muaro-Cambi, Şərqi Tancunq-Cabunq) kəsib keçir. Hari çayının mənsəbi Berhala körfəzidir. Körfəz Cənubi Çin dənizi hövzəsinə aiddir [6]. Hari çayının ən böyük qolları: Tebo, Tabir, Meranqin, Tembesi və Eysa[7].
Hari çay hövzəsi İndoneziyada böyüklüyünə görə ikinci çay hövzəsidir. Ümumi sahəsi 40 000 km-dir²[5] (digər məlumata görə 49 000 km²)[8]. Su toplayıcı sahənin təxminən 76 % Cambi əyalətində yerləşir. Digər 24 % — Qərbi Sumatra əyalətinə aiddir [8]. Hari çayının uzunluğu 800 km-dir[7] (digər mənbəyə görə 600 km[5]).
Çay Cambi şəhərinə kimi gəmiçilik üçün yararlıdır [5] (mınsəbdən 155 km). Çay kənarında yerləşən ən böyük şəhər və liman — Cambidir (əhalisi 586 930 nəfər). Transsumatra şossesi (AH25) Cambi şəhərindən keçən çayla kəsişir.
Hari çay hövzəsində qızıl yataqları mövcud [7]. Bu səbəbdən adaya Swarnadwipa adı verilmiş. Sanskrit dilindən "Qızıl ada" mənasını verir.
Qədimlərdə çay mənsəbində Melayyu ticarət limanı mövcud idi. 686-cı ildə liman Srivijaya çarlığı tərəfindən tutulmuş. X əsrdə Cambidən 26 km çay boyu aşağıda yeni hind-buddist kompleksi formalaşmış. Əraziyə hind mədəniyyətinin təsiri özünü çayın adında göstərmiş — Hari hinduizmidə Vişna və Krişnanın adlarından biridir [7].
Uzun müddətli dağ-mədən işlərinin aparılması və meşələrdə oduncaq tədarükü çay axımına böyük təsir göstərmiş. Nəticədə çay sahillərində torpaq eroziyası güclənmiş, çay yatağının lillənməsi artmışdır. Son illər yağışlı mövsümlərdə çayda su səviyyəsi kəskin artır və quraq mövsümdə isə kəskin enir. Çayın orta su sərfi 1500 m³/saniyədir [5].
Təbiəti qorumaq məqsədi ilə bölgədə Kerinçi-Seblat (sahəsi 1 375 000 hektar) və Berbaq (sahil boyu bataqlıqlaşmış ərazilər, sahəsi 162 700 hektar) milli parklar yaradılmışdır [7].