Haskel layihələri — Antanta dövlətlərinin "Ermənistan" adlandırılan əraziyə ali komissar təyin etdikləri amerikalı polkovnik V. Haskel tərəfindən 1919 ilin sentyabrında hazırlanmış sənəd.
Həmin sənəddə Amerika Birləşmiş Ştatlarının əlverişli strateji mövqedə yerləşən Naxçıvan bölgəsində möhkəmlənmək planları öz əksini tapmışdı. Layihədə Naxçıvan və Şərur-Dərələyəz qəzalarının əlahiddə bitərəf zona elan edilməsi və bu ərazidə Naxçıvan general-qubernatorluğunun yaradılması nəzərdə tutulurdu.[1]