Hatay arxeologiya muzeyi

Hatay arxeologiya muzeyi və ya Antakya arxeologiya muzeyi — antik dövrə aid əsərlərin toplandığı bir incəsənət muzeyidir.

Hatay arxeologiya muzeyi
Hatay Arkeoloji Müzesi
Əsası qoyulub 1934
Mövzu Arxeologiya muzeyi
Ölkə
Yerləşir Antakya, Türkiyə Türkiyə
36°12′07″ şm. e. 36°09′36″ ş. u.
Hatay arxeologiya muzeyi xəritədə
Hatay arxeologiya muzeyi
Hatay arxeologiya muzeyi
hatayarkeolojimuzesi.gov.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qədim arxeologiya muzeyi[redaktə | mənbəni redaktə et]

Antakya Cümhuriyyət dövründə Asi çayı kənarında və körpü yaxınlığında yer alırdı. Aktiv olduğu dövrdə dünyanın ən böyük üçüncü mozaika muzeyi və mozaika eksponat kolleksiyasına malik idi[1]. Muzeydə Hitit, Helenistik, Roma və Bizans dövrlərinə aid olan və Hərbiye, Antakya, Atçana, Seleukia Pieria ilə İsgəndəriyyədən tapılmış eksponatlar nümayiş etdirirdi. Bu əsərlərin əksəriyyəti, 1932-1939 illər arasında aparılan qazıntı işləri nəticəsində aşkar edilmişdir.

Dövründə dünyanın ən böyük ikinci arxeologiya muzeyi ünvanını daşıyan Hatay arxeologiya muzeyinin tikinti işlərinə 1934-cü ildə başlanılıb. Bu tikinti işləri 1932-ci ildə Antakya və ətrafında başlayan qazıntı işlərindən ruhlanaraq və Fransız arxeoloqu M. Prostun tövsiyəsi ilə başlanılmışdır. Muzey binası 1938-ci ildə tamamlanıb, və bir il sonra Hatay, Türkiyə Cümhuriyyətinin bir vilayəti oldu. Muzey 23 iyul 1948-ci il tarixində xidmətə açıldı. 1975-ci İldə muzey yenidən təmir olunub.

Hatay arxeologiya muzeyinin kolleksiyası səkkiz sərgi salonu və həyətində nümayiş etdirirdi. Əsərlər yerləşdiyi məkanlara uyğun olaraq təşkil olunmuşdu. Otaqlar böyük pəncərələrlə dolu olduğundan təbii işığın bol olması təmin olunurdu. Etiketlərin çoxu da Türk və İngilis dilindədi.

Yeni arxelogiya muzeyi[redaktə | mənbəni redaktə et]

İnşasına 2011-ci ildə başlanan yeni muzey ümumilikdə 32.754 kvadratmetr qapalı sahə, 10.700 kvadratmetr sərgi sahəsi və 3500 kvadratmetr nümayiş etdirilən mozaikayla dünyanın ən böyük mozaika muzeyi olacaq şəkildə inşa edilmişdir[2]. Yeni muzey binası 28 dekabr 2014-cü il tarixində keçirilən rəsmi mərasimlə dövrün baş naziri Əhməd Davudoğlu tərəfindən açılmışdır[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://www.ntv.com.tr/yasam/emektar-muze-66-yildir-hatayda-hizmet-veriyor,u_dCfjQXEkm-EsOvi-EZ0A Arxivləşdirilib 2014-12-29 at the Wayback Machine |başlık=Emektar müze 66 yıldır Hatay’da hizmet veriyor |yazar= |tarih=29 Aralık 2014 |eser= |yayıncı=NTV.com.tr |erişimtarihi= 29 Aralık 2014}}
  2. http://www.radikal.com.tr/turkiye/dunyanin_en_buyuk_mozaik_muzesi_aciliyor-1202752 Arxivləşdirilib 2014-10-26 at the Wayback Machine |başlık=Dünyanın ən büyük mozaik muzeyi açılır |yazar= |tarih=19 Temmuz 2014 |eser= |yayıncı=Radikal |erişimtarihi= 29 Aralık 2014}}
  3. "Arxivlənmiş surət". 2015-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]