Əhməd Davudoğlu (türkcə: Ahmet Davutoğlu, 26 fevral 1959[1][2][…], Daşkənd, Konya ili) — Tanınmış Türkiyə siyasi alimi, akademik və səfir. Sabiq xarici işlər naziri, köhnə Baş nazir Vəkili, Türkiyə Respublikasının Sabiq baş naziri.
Əhməd Davudoğlu | |
---|---|
türk. Ahmet Davutoğlu | |
Prezident | Rəcəb Tayyib Ərdoğan |
Əvvəlki | Rəcəb Tayyib Ərdoğan |
Sonrakı | Binəli Yıldırım |
1 may 2009 – 29 avqust 2014 | |
Prezident | Abdulla Gül |
Əvvəlki | Əli Babacan |
Sonrakı | Mövlud Çavuşoğlu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 fevral 1959[1][2][…] (65 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | diplomat, siyasətçi, politoloq, pedaqoq, yazıçı, professor, iqtisadçı |
Uşağı | 5 |
Dini | sünni islam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | beynəlxalq münasibətlər[5], xarici siyasət[5] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Boğaziçi Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi Siyasət Elmi və İqtisadiyyat fakültələrindən məzunu olmusdur. Boğaziçi Universiteti Kamu Yönetimi bölməsində yüksək lisenziya, Siyasət Elmi və Beynəlxalq Əlaqələr fakültəsində də doktorluq dissertasiyasını müdafiə etmişdir. Malayziya Beynəlxalq Islam Universitetində işə başlamışdür və universitetin siyasət elmi bölməsini qurmuş və başçılıq etmişdir. Dosentlik diplomunu almış və Mərmərə Universiteti Beynəlxalq Əlaqələr fakültəsində müəllim olmuşdur. Silahlı qüvvələr və Hərbi akademiyada dərs demişdir. Baş nazirin Baş müşaviri və səfir vəzifəsinə təyin edilmişdir.
Professor olaraq Beykent Universitetində Beynəlxalq Əlaqələr Bölümü Başçılığı ilə bərabər eyni zamanda Marmara Universitetində dərs demişdir. Xarici siyasət mövzusunda çox sayda əsəri var. 60-cı Hökumətdə Xarici İşlər Naziri olmuşdur. 61-ci Hökumətdə yenidən eyni vəzifəyə təyin olunmuşdur.
Əhməd Davudoğlu, 1984-ci ildən bəri Sare Davudoğlu ilə evlidir. Səfurə, Məmnunə, Mehmet, Həcər Bükə adlarında 4 uşağı vardır. 12 İyun 2011-ci ildə edilən ümumi seçkilər nəticəsində Konya 24-cü Dairəsindən AKP-dən Millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə seçilmişdir. İngilis, Ərəb və Alman dillərini bilən Davudoğlu, eyni zamanda bir çox akademik əsəri olan bir alimdir.