Hava nəqliyyatına nəzarət

Hava nəqliyyatına nəzarət xidməti (ATC), hava vasitələrinin manevr sahəsində, peppronda [1] və ya uçuşun hər hansı bir mərhələsində bir-birləriylə və maneələrlə üzləşmələrinin qarşısının alınması; sürətli və nizamlı hava nəqliyyatına axınını təmin etmək məqsədi ilə verilən hava nəqliyyat xidməti (ATS) növüdür. ATC qısaltması İngilis dilində Air Traffic Control anlayışının akronimidir. ATC xidməti verən vəzifəlilərə hava nəqliyyatına nəzarətçi (ATCO) deyilir.

ATC xidmətləri beynəlxalq formada İngilis dilində deyilir. ATC orqanları funksiyalarına görə bu çağırış adlarından birini alırlar:[2]

  • Tower (qüllə)
  • Approach (yaxınlaşma)
  • Radar
  • Ground (Yer)
  • Director (direktor)

Hər hansı bir hava nəqliyyat xidmət orqanının vəzifəsini göstərməyən (yanıldıcı) bir çağırış adı istifadə etməsi cinayət hesab edilir.[3]

Münhen Franz Josef Strauss Aeroportu Hava Nəqliyyatına Nəzarət Qülləsi

ATC orqanları bu xidmətləri verirlər: 

  • Nəzarət xidməti (meydanlarda və idarəli hava sahələrində)
  • FIS (uçuş məlumat xidməti)
  • ALRS (xəbərdarlıq xidməti)

Hava nəqliyyat nəzarətçiləri

[redaktə | mənbəni redaktə et]

ATC-lər Nəqliyyat Nazirliyi Mülki Aviasiya Baş İdarəsi tərəfindən edilən lisenziya imtahanı nəticəsində lisanslandırılmış lisenziyalı kəslərdir. Azərbaycandakı əlaqədar təşkilat Nəqliyyat Nazirliyi Dövlət Hava Meydanları Müəssisəsidir. (mənbə lazımdır)

İmtahan və dərəcələndirmələr

Hava nəqliyyat nəzarətçiləri lisenziyalarına əlavə olaraq aşağıdakı sahələrdə dərəcə imtahanlarına daxil olurlar və bu imtahanlarda müvəffəqiyyətli olduqları təqdirdə dərəcələri ilə əlaqədar hava nəqliyyat xidməti vəzifəsini yerinə yetirirlər. Əlaqədar dərəcələr bunlardır: (mənbə lazımdır)

  • Görərək meydan nəzarət dərəcəsi
  • Alətli meydan nəzarət dərəcəsi
  • Radarsız yaxınlaşma nəzarət dərəcəsi
  • Radarlı yaxınlaşma nəzarət dərəcəsi
  • Radarsız sahə nəzarət dərəcəsi
  • Radarlı sahə nəzarət dərəcəsi

Hava nəqliyyat nəzarətçiləri, yaxşı dərəcədə İngilis dilində bilmək və hər il, çalışdıqları bölgə ilə əlaqədar dərəcədə yeniləmə imtahanlarına girmək məcburiyyətindədirlər. Bu imtahanlara girə bilmək üçün hər il tam hüquqlu xəstəxanalardan heyət hesabatı almaq zərurətləri vardır. Nəzarətlər Azərbaycan və İngilis dillərində, səhv anlaşılmalara və aksentlətə yol aça biləcək diqqətə çarpan bir vurğu və ya ləhcə, dildə pəltəklik, gizli kəkələməlik və həddindən artıq həyəcan sahibi olmamalıdır. Hava nəqliyyat nəzarətçilərinin spirt və psikoaktif maddə qəbul etmələri yoxlanılır və lazım olsa vəzifədən uzaqlaşdırılır. (mənbə lazımdır)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. CAP 493, section 1, chapter 1, sf 2
  2. Robson, s 350
  3. CAP 413 Radiotelephony manual. 1.7.3. 31 Mart 2011.