Uçuş məlumat bölgəsi

Uçuş Məlumat Bölgəsi — FIR (İngiliscə: Flight Information Region), içində uçuş Məlumat xidməti (FIS), xəbərdarlıq xidməti (ALRS) və aviasiya meteorologiyası xidməti verilən hüdudları müəyyənləşdirilmiş bir hava sahəsidir. FIR-lar indiki vaxtda istifadə edilən ən böyük hava sahəsi hissələridir və fərqli həndəsi formalarda ola bilərlər. FIR-ları bir-birindən ayıran xətlərə digər dillərdə olduğu kimi Azərbaycancada FIR xətti olaraq deyilir.

Hər ölkənin hava sahəsi və ətrafı, ölkənin böyüklüyünə, mövqesinə və hava nəqliyyatının vəziyyətinə görə bir və ya daha çox FIR-a bölünür. Məsələn Azərbaycanın hava sahəsi Bakı FIR və Gəncə FIR olmaqla iki uçuş məlumat bölgəsinə bölünmüşdür. Bənzər şəkildə Birləşmiş Krallıq da Scottish FIR və London FIR olmaqla iki uçuş məlumat bölgəsinə bölünmüşdür.

FIR-lar dəniz səviyyəsindən müəyyən bir hündürlüyə qədər olan bölgəni əhatə edirlər. FIR-ların üst limitindən sonra UIR (upper information region / üst uçuş məlumat bölgəsi) başlayır. UIR-lar da kosmos sərhədinə qədər olan bölgəni əhatə edirlər. Məsələn London UIR FL245 və FL660 arasındadır.

Meteorologiya

Aviasiya meteorologiyası, hər cür hava nəqliyyatında ehtiyac duyulan meteorolojik məlumatlarla, bunların təmin edilməsi üçün müəssisə və planlaşdırma xidmətlərini əhatə edən bir elm sahəsidir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), FIR sahəsi məsuliyyətini qəbul edən ölkələrin, bu FIR sahələrində meteorolojik xidmət vermələri məcburidir.[1]

"FIR xətti" müzakirələri

Uçuş məlumat bölgələri bəzən Xəzər problemi[2] nümunəsində olduğu kimi ölkələr arası suverenliyin pozulmasına gəlib çıxa bilir.

  1. VOLMET Arxivləşdirilib 2017-01-06 at the Wayback Machine Hezarfen. 7 sentyabr 2012 tarixində mənbəyindən arxivlənib.
  2. "Türk Ulduzları İranı qorxutdu! Bakıya dəstəyə gəldi!". 2020-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-14.