Hava xəbərdarlığı — təhlükəli hava şəraitinin yaxınlaşması barədə vətəndaşları xəbərdar etmək üçün meteoroloji qurum tərəfindən verilən xəbərdarlıqdır.
Yeni mexanizm Azərbaycanda 2024-cü ildən tətbiq olunmağa başlayıb. Yeni mexanizmə görə gözlənilən təhlükəli hidrometeoroloji hadisələr "Rəng xəbərdarlıq sistemi" şkalası vasitəsiylə işarələnir. Uyğun olaraq sarı, narıncı və qırmızı xəbərdarlıqlar mövcuddur.[1][2]
Sarı: Bəzi ərazilərdə meteoroloji risklərin ola biləcəyinin proqnozlaşdırıldığı deməkdir.
Narıncı: İctimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlakın yüksək risk altında olduğunun göstəricisidir.
Qırmızı: İctimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlakın ekstremal təhlükə altında olduğunun göstəricisidir. Qırmızı xəbərdarlıqlar şiddətli fırtına və tufan, qasırğa halları zamanı istifadə olunur.
Bu məqalə yarımçıqdır. Onu genişləndirməyə kömək edə bilərsiniz. |