Havana aktı(1940) (Amerika kontingentində Avropa mülklərinin statusu haqqında) - İkinci dünya müharibəsi şəraitində Amerikadakı Avropa müstəmləkələrinin vəziyyətini tənzimləyən sənəd.
1940-cı il 21-30 iyul tarixlərində Havanada Amerika dövlətlərinin xarici işlər nazirlərinin İkinci məşvərət müşavirəsinin gedişində, 29 iyulda imzalanmışdır. Havana aktı Amerikadakı ingilis (həmçinin digər Avropa ölkələrinin) mülklərinin faşist Almaniyası tərəfindən işğalı təhlükəsi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının təklifi ilə müzakirə olunmuş və qəbul edilmişdir.
1940-cı il Havana aktında qeyd olunurdu ki, Amerika kontingentindəki Avropa mülkləri üçün təhlükə yaranarsa, "istənilən Amerika ölkəsi bu mülklərin müdafiəsini tələb etmək"hüququna malikdır, sonra isə bu mülklərin idarəçiliyi məsələsinə baxıla bilər.
Havana aktı Amerika Birləşmiş Ştatlarına Amerikadakı Avropa mülklərinə münasibətdə birtərəfli qaydada hərəkət etmək imkanı verirdi.