Havsallı tayfası — Cavanşir elinin Yağləvənd oymağının böyük qolu.
Cavanşir elinin Yağləvənd oymağının böyük tayfalarından biri də havsalılıdır. Havsalılı adının açımı xalq yozumunda Yağləvənd oymağının əsasını qoyan iki bacıdan birinin — Hafizənin törəməsi, hafizəlilər anlamındadır. Əslində isə havsalılar orta çağda yaşamış ünlü din xadimi Hafiz Alının törəməsidirlər.
Havsalılı tayfası xələfli, pəricahanlı, məhərrəmuşağı, niyarlı, kəlbiyəlilər və başqa tirələrə bölünür.