Ser Hayrem Stivens Maksim (ing. Sir Hiram Stevens Maxim; 5 fevral 1840[1][2][…] – 24 noyabr 1916[1][2][…], London) - ABŞ-də doğulan britaniyalı ixtiraçı. Onun ən məşhur ixtirası ilk dəfə daşınabilən, tamamilə avtomatik pulemyot olan Maksim pulemyotudur.[4] Maksim saç ütüsü, siçovul tələsi və buxar nasosu kimi çoxlu mexaniki qurğunun patentini özündə saxlamışdı. Onun, hətta elektrik lampasını ixtira etdiyi iddiası da var idi.[5][6]
Hayrem Maksim | |
---|---|
ing. Hiram Stevens Maxim | |
Doğum tarixi | 5 fevral 1840[1][2][…] |
Vəfat tarixi | 24 noyabr 1916[1][2][…] (76 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | ixtiraçı, iş adamı |
Vikianbarda əlaqəli mediafayllar |
Maksim mexanikləşdirilmiş uçuşları təcrübə etmişdi; onun geniş təyyarə dizaynları heç vaxt uğurlu olmamışdı. O, "Əsir Uçan Maşını" adlandırdığı əyləncə sürüşü çox yüksək müvəffəqiyyət qazanmışdı. Maksim bu ixtirasını uçuşa olan ictimai marağı artırmaq üçün etmişdi.[7][8]
Maksim 41 yaşında Amerika Birləşmiş Ştatlarında Birləşmiş Krallığa köçdü və 1899-cu ilə qədər burada ABŞ vətəndaşı olaraq yaşadı. Daha sonra vətəndaşlığını dəyişdirdi.[9][10] İxtiraçı 24 noyabr 1916-cı ildə vəfat etmişdir.[11]