Head & Shoulders (azərb. Baş və çiyinlər)—Procter & Gamble şirkətinə daxil olan, 1961-ci ildə yaradılmış şampun markası.
Head & Shoulders | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | şampun |
Təsis tarixi | 1961 |
Baş qərargahın yeri | ABŞ |
Struktur | |
Ana şirkət | Procter & Gamble |
www.headandshoulders.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Procter & Gamble laboratoriyalarında 1950-ci ildən etibarən yeni anti-kəpək şampunun hazırlanması üzərində iş gedirdi. Araşdırmaçıların 10 ilə yaxın müddət ərzində apardıqları araşdırmaların sonunda tərkibində (ing. Zinc pyrithione) maddəsi olan şampun hazırlandı.Laboratoriyalarda mütəxəssislər tərəfindən qarşıya qoyulan əsas məqsəd saçlarda kəpəyə qarşı effektiv ingreditentli şampun markası yaratmaq idi. XX əsrin ortalarında ABŞ-də aparılan rəy sorğuları zamanı kişilərin 65% qədərinin kəpək və buna bənzər problemlərdən əziyyət çəkdiyini göstərmişdi. Hazırlanan yeni məhsul ilk dəfə olaraq mavi-yaşıl şampun formulu adı altında 1961-ci ilin noyabr ayında Amerika Birləşmiş Ştatlarında satışa çıxarıldı.
Zamanla çeşitləri və dizaynı dəyişən şampun markası istehlakçılar tərəfindən böyük marağa səbəb oldu. Bazara çıxandan bir necə ay sonra 1961-ci ilin sonlarında adı Head & Shoulders formasında dəyişdirildi. Bu dəyişikliyin ardından isə şampun markasının köhnə rəngləri olan mavi-yaşıl rəng kombinatsiyası daha şəffaf olan ağ rənglə əvəzləndi. 1990-cı ildən etibarən çeşidlərinin müxtəlifliyində artım yaşanan Head & Shoulders markası baş və baş dərisi üçün eyni zamanda saçlar üçün müxtəlif həssaslıqlara malik doqquz ayrı şampun markasını istehsal etdi. Əsrimizdə aparılan kilinik araşdırmalardan müsbət cavab alan Procter & Gamble şirkəti özünün ən uğurlu şampun markası olan Head & Shoulders markasını Aparılan kilinik araşdırmalar zamanı etibarlığı təsdiqlənmişdir. devizi altında satışa çıxartdı.
ABŞ-dən sonra ilk xarici ölkələrdən biri kimi Meksika ərazisində satılan Head & Shoulders qısa zamanda Avropa qitəsində məşhurluq qazandı və Fransa, Almaniya, İspaniya, Hollandiya bazarlarında öz yerini tutdu. 1980-ci illərin ortalarına yaxın isə Çində satılmağa başlandı.[1] 2011-ci ildə Head & Shoulders şampun markası özünün 50 illik yubley tədbirini qeyd etdi. Elə həmin il dermatoveneroloq tərəfindən aparılan rəy sorğularından sonra oraya maraqlı bir nəticə çıxdı. Belə ki, hər 10 dermatloqdan 9 nəfəri baş dərisinin müdafiəsi və kəpəyə qarşı mübarizə üçün müştərilərinə Head & Shoulders markasını məsləhət gördüklərini açıqladılar.[2]