Hedysarum alpinum — Alp qəpikotu (Sarılıq qəpikotu, qaymaqçiçək qəpikotu, qəpikotu)
Hedysarum alpinum | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Hedysarum alpinum |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Alp qəpikotu çoxillik ot bitkisi olub, hündürlüyü 40-120 sm, yarpaqlı, düzqalxan olmaqla, çılpaq gövdəyə malikdir. Yarpaqları tökülən, cüt olmayan, tək, lələkli-mürəkkəb, 5-9 ədəd qısasaplaqlı, uzunsov-yumurtavari və ya uzunsov-ellipsvari olub, bütövkənarlı yarpaqlardan ibarətdir. Yarpaqları çılpaq və ya kənarları tükcüklü, əsas damarının uzunluğu 3 sm-ə bərabərdir. Yalançı zoğları iridir. Hamaş çiçəkləri 20-30 (60) ədəd, uzun fırçalı, başlıca olaraq uzun yarpaqlıdır. Çiçəkləri tünd-çəhrayı və ya bənövşəyi, bəzən ağ, qısa saplaqlı və xətti çiçək altlıqlıdır. Kasacığı zəngşəkilli olub, çiçək tacı kəpənəkçiçək tipindədir. Meyvələri 1-4 üzvlü paxla, dairəvi və ya dairəvi-ellipsşəkilli, çılpaq və ya açılan sıx tükcüklü, torvari olmamaqla, kənarları yoxdur. İyul-avqust aylarında çiçəkləyir, avqustun sonunda meyvələri yetişir. Sarılıq qəpikotunun hündürlüyü 150 sm olan çoxillik ot bitkisidir. Yarpaqları 3-5 cüt iri yarpaqcıqlı olub, uzunluğu 4 sm və daha çox olur. Çiçəkqrupu seyrək, birtərəfli fırçalı, 15-35 ədəd sarımtıl ləçəkli iri çiçəkləri vardır. Meyvələri paxlalı 2-4 yastı, uzunsov-ellipsvari, naziktorlu və bütöv kənarlıdır.[2]
Xammal toplanılmış massivlərin təkrar bərpası aqrotexniki tədbirlərə əməl etməklə 1 il çəkir.
İyul-avqust aylarında yarpaqlı gövdəsi 10-20 sm torpaqdan hündür oraqla biçilməlidir. Yerüstü hissələrini topladıqdan sonra kölgədə mütəmadi olaraq qurudulmalıdır. Sonra bitkini döymək, qaba, kobud, yoğun gövdələrini dırmığın köməkliyi ilə toplamaq lazımdır.
Zəif iyli və büzücü dadlıdır.[2]
Xammalı yeşiklərə qablaşdırılmalı və yaxşı hava dəyişilən quru yerlərdə saxlanılmalıdır. Saxlama müddəti 2 ildir.[2]
Hər iki növün tərkibində ksantonlar (mangiferin, izomangiferin, qlyükomangiferin), flavonoidlər (hiperozid, polistixozid, avikulyarin), monosaxaridlər (qalaktoza, qlükoza, arabinoza, ksiloza), pektin maddələri, polisaxaridlər və askorbin turşusu vardır. Alp qəpikotu bitkisinin tərkibində makro və mikroelementlər K, Са, Мn, Мо, Сu, Se tapılmışdır.[2]
Alipizarin həb 0,1 q, məlhəmi 2%, 5% fərdi mangiferindən ibarətdir. Virusəleyhinə dərmandır. «Roqlidis» (ot komponenti).
Virusəleyhinə dərmandır. Ksanton qlükozid manqiferini ingibitasiya etməklə, virus reproduksiya olunaraq onun inkişafına səbəb olur. Virusa qarşı hazırlanan qamma interferon qan hüceyrələrində bakterostatik təsirlə qrammüsbət və qrammənfi bakteriyalara, ibtidailərə və vərəm mikrobakteriyalarına təsir edir.[2]
Alp qəpikotundan hazırlanan «Alpizarin» preparatı fərdi xüsusiyyətə malik manqiferin qlükozidinə görə təsir edir. «Alpizarin» preparatından hazırlanan məlhəm və həblər virusəleyhinə dərman kimi keratit və dermatitlərdə herpes virusu ştammlarını məhv edir. «Roqlidis» (ot komponenti) yaz və payız dövrlərində respirator xəstəliklərində, xroniki xəstəliklər zamanı ahıl yaşlı orqanizmin zəifləməsində əvəzsiz dərmandır.[2]