Hegemon

Hegemon (yun. ἡγεμών, "rəhbər, aparıcı, himayədar") — hegemoniyanı həyata keçirən şəxs, dövlət, ictimai sinif.

Tarixən termin rəhbəri qeyd etmək üçün istifadə edilib. İkinci Korinf konqresində Makedoniyalı İsgəndər Korinf ittifaqının hegemonu elan edilmişdi.