Heliotrop (mineral)

Heliotrop (qanlı daş) — rast gəlmə tezliyi şkalası: nadir.

Heliotrop
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
SiO2
Xüsusiyyətləri
Sıxlıq 2,61 ± 0,03 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında[redaktə | mənbəni redaktə et]

Heliotrop xalsedonun yaşıl fonda «qan damcısı»nı xatırladan parlaq-qırmızı püruzları olan tünd-yaşıl, mavi-yaşıl növ müxtəlifliyidir. Bəzən sarı rəngli ləkələr müşahidə olunur. Adətən püruzlar heliotropun yaşıl kütləsində qeyri-bərabər paylanır. Onların paylanma xarakterindən və ölçülərindən asılı olaraq yaranan rəsmlərə görə heliotropun xırda- və irirəsmli və zonal növ müxtəliflikləri ayrılır. Heliotrop adətən qeyri-şəffaf, nazik qırıntılarda yarımşəffaf, bəzən işıqkeçirən olur. Badamcıq, jeoda, damarcıq, qeyri-düzgün formalı xırda yığınlarına, əsas etibarilə, effuziv süxurlarda rast gəlinir. Onun əmələ gəlməsi əsasən hidrotermal proseslərlə bağlıdır. Onu əqiq, seladonit, kalsit, xlorit, maqnetit, hematit və b. müşayiət edir. Heliotropun bu günədək məlum olan yataqlarının sayı olduqca azdır. Onlar Hindistanda, Nepalda Myanmaa sərhədində, Almaniyada (İder-Oberşteyn), Çexiyada, Braziliyada məlumdur. Keçmiş SSRİ məkanında heliotropun yeganə sənaye əhəmiyyətli obyekti olan Todan əqiq və heliotrop yatağı Azərbaycanın Göygöl rayonu ərazisində yerləşir.

Tətbiqi[redaktə | mənbəni redaktə et]

Böyük yığınları yarımqiymətli daş və məmulat daşı kimi praktik maraq doğura bilər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]