Helipterum (lat. Acroclinum) — yunancadan tərcümədə "günəşin qanadı" deməkdir. Bu bitki akroklinum və rodant kimi də tanınmışdır. Helipterumun vətəni Avstraliyanın, Tasmaniyanın və Cənubi Afrikanın tropik rayonlarıdır. Helipterumun 6 növündən gülçülükdə geniş istifadə olunur. Qərbi Avstraliyada yabanı halda bitən manqles helipterumu (H.manglessi) xüsusilə məşhurdur. O,1829-cu ildən becərilir. Yarpaqları növbəli düzülüşlü, tünd-göy rəngli və hamaşçiçəklərinin iri ölçüləri ilə fərqlənən çəhrayı helipterum (H.roseum) geniş yayılmışdır. Helipterumun quru güllərindən kompozisiyalar yaratmaq mümkündür. Buna görə də gülləri yarımaçılmış vəziyyətdə kəsərək, onları dəstə-dəstə bağlayıb sərin, qaranlıq otaqda başı aşağı asırlar. Güllərin yaxşı saxlanılması üçün onlara örtülü otaqda kükürd tüstüsü verirlər.
Helipterum | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Helipterum |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|