Hemoliz (q.yun. αἷμα qan + λυσις dağılma) — hemoqlobinin qan plazmasına çıxması ilə müşayiət olunan eritrositlərin qılafının dağılma prosesi.
Eritrositlərin yaşama müddətinin qısalması hemolizə səbəb olur. Bu zaman plazma qırmızı rəngə boyanır və şaffaf olur. Eritrositlərin dağılması osmotik təzyiqin azalmasından törənə bilər. Belə halda, əvvəlcə eritrositlər şişir, sonra partlayırlar — osmotik hemoliz. Eritrositlərin osmotik dözümlülüyünün ölçüsü NaCl un konsentrasiyasıdır. İnsanlarda osmotik hemoliz NaCl un 0,4%-li məhlulunda başlayır, 0,34% li məhlulunda isə eritrositlərin hamısı dağılır. Bəzi xəstəliklər nəticəsində eritrositlərin osmotik dözümlülüyü azalır və hemoliz, plazmada NaCl un daha yüksək konsentrasiyasında başlayır.
Adətən, kəskin hemoliz qeyri-adi tibbi vəziyyətlə əlaqədar baş verir, bəzən hətta meydana çıxmış hiperkaliyemiya da səbəb ola bilər. Eritrositlərin yaşama davamiyyəti XBÇ zamanı 70 günə qədər azalır (normada 120 gündür). Bunun uremiya təsirindən baş verdiyi güman olunur. Xroniki hemolizə yüksək LDQ və sərbəst bilirubin və haptoqlobin səviyyəsi aşağı olan EPO-ya rezistent xəstələrdə rast gəlmək olur. Dializ xəstələrində hemolizin müxtəlif səbəbləri ola bilər:
Dializ prosedurası ilə əlaqədar – dializ məhlulunun çirklənməsi (xloramin, mis, sink, nitrat, nifritlər); dializ məhlulun çox qızması; hipoosmollyarliq; Sterilizasiyaedici maddələr, təkrar istifadə (formaldehid); eritrositlərin travması (magistralın əyilməsi, defekti, yararsız qan nasosu); dializin çatışmazlığı; Hipersplenizm Yanaşı xəstəliklər oraqvari – hüceyrə anemiyası; hemoqlobinopatiyalar; birləşdirici toxuma xəstəliyi, vaskulit ilə. Dərman preparatları Hipofosfatemiya.[1]
Eritrositlərin zülal-lipid qılafının dağılmasını törədən maddələrin təsiri ilə hasil olan hemoliz — kimyəvi hemoliz adlanır. Belə maddələrə efir, xloroform,alkohol,benzol,öd turşuları,saponin və digərləri aiddir.
Qanı dondurduqda və donmuş qanı əritdikdə termiki hemoliz baş verir.
Qan qrupları uyğun olmayan qan köçürdükdə,bəzi ilanlar çaldıqda,immun hemolizinlər və s təsirindən törənən hemoliz — bioloji hemoliz adlanır.
Koaqulyasiya sisteminin pozulması dəriyə, selikli qişalara, əzələlərə, oynaqlara qanaxmalara səbəb olur. Qanaxmaların səbəblərindən ən geniş təsadüf olunanı trombositlərin funksiyasının pozulmasıdır (trombasteniya). Trombosit aqreqasiyasının pozulması trombositlərdə serotoninin konsentrasiyasının dəyişməsi, ADF səviyyəsinin azalması və tromboksan A2 əmələ gəlmənin zəifləməsi hesabına baş verir. Azot oksidinin lokal produksiyasının artması da trombositlərin funksiyasını dəyişdirir. Adheziya reseptoru, qlikoproteidlərin IIb–IIIa kompleksi trombun formalaşmasını requlə edir. Villebrand faktorunun dəyişiklikləri uremiya zamanı hemostazın pozğunluğunda müəyyən rol oynayır. Anemiya həmçinin qanaxmanın vaxtının artmasına səbəb olur. Qanaxmanı qiymətləndirmək üçün trombositlərin sayı, trombin vaxtı, hissəvi trombplastın vaxtı və qanaxma vaxtı təyin olunur. Qanaxma vaxtının 10 dəq-dən artıq olması hemorragik ağırlaşmaların təsadüf olunması tezliyini artırır. Dializin intensifi kasiyası hemostazı yaxşılaşdırır. Kriopresipitatın (yüksək konsentrasiyada Villebrand faktoru olan plazma ekstraktı) yeridilməsi trombositlərin funksiyasını əhəmiyyətli dərəcədə, amma müvəqqəti yaxşılaşdırır. Desmopressin (antidiuretik hormonun sintetik analoqu) Villebrand faktorunun çox azad olmasına səbəb olur. Vena daxilinə 0,3 mkq/kq dozada 50 ml fi zioloji məhlulda durulaşdırılmış desmopressin 30 dəq. müddətində infuziya edilir və 8 saat ərzində qanaxma vaxtı azalır. Vena daxilinə yeridilmiş konyuqasiya edilmiş esterogenlər də qanaxma vaxtını qısaldır. Beləliklə, planlaşdırılan cərrahi əməliyyat və ya mədə-bağırsaq qanaxmalarında esterogenlər istifadə oluna bilər. Bu zaman esterogen preparatları daxilə, venadaxili, transdermal istifadə oluna bilər, yaxud esterogen və progesteron kombinasiyası istifadə olunur.[1]
Kəskin hemoliz 2 əsas səbəbdən olur:
Dializ məhlulu ilə əlaqədar olan hemoliz:
a) formaldehidlə; b) ağardıcı ilə; c) xloramin (şəhər suyu ilə); d) mis (mis borular); e) nitratlar (suda olur).
HD zamanı uyğun olmayan qanın köçürülməsi də hemolizə səbəb ola bilər. Əlamətləri – venoz qan xətlərinin qırmızı şərab rəngi alması, plazmanın çəhrayı rəng alması, Het-in aşağı enməsi. Beldə ağrıların başlanması, döş qəfəsində sıxıntı, tənəffüsün çətinləşməsi müşahidə edilir. Hemolizdən sonra hiperkaliyemiya əzələ zəifl iyinə, EKQ dəyişikliklərinə, hətta ürəyin dayanmasına, xəstənin ölümünə də səbəb ola bilər.[2]
Nasosu dayandırır, hemodializ açılır, qan xəstəyə qaytarılmır.
Əgər hemolizin səbəbi rolik qan nasosunun sıradan çıxması (eritrositləri zədələyir) deyilsə, onda mütləq səbəbi dializ məhlulunda axtarmaq lazımdır.[2]