Hemostaz sistemi — damarlarda axan qanın maye halında qalmasını və qan damarları zədələndikdə qanaxmanın qarşısının alınmasını təmin edən bioloji sistem.
Bu sistem hər hansı bir travma nəticəsində həyat üçün təhlükəli qanaxmaların qarşısını almaq üçün orqanizmin təkamül prosesində əldə etdiyi mürəkkəb fermentativ bir prosesdir. Hemostaz sistemi 3 hissədən — qan damarlarının divarı, damar daxilinində dövr edən qan elementləri və plazma proteinlərindən təşkil olunmuşdur. Bu hissələrin hər hansı birində çatışmazlıq və ya qüsur olarsa, hemostaz sistemi bütövlükdə zəncirvari reaksiya şəklində hərəkətə gəlir və nəticədə qanaxma, tromboz və ya hər ikisi meydana çıxır.
Hemostaz sistemi şərti olaraq 2 mexanizmə bölünür;
Bu mexanizmlərdən əlavə, qan damarının zədələndiyi hissədə yaranan qan laxtasını əritmək üçün daha bir ferment sistemi — fibrinoliz sistemi fəaliyyət göstərir. Bu üç mexanizmin qarşılıqlı əlaqəsi, bütövlükdə qanın laxtalanma vəziyyətini xarakterizə edir.