Hennenman–Krunstad qatar qəzası (ing. Hennenman–Kroonstad train crash) — 4 yanvar 2018-ci il tarixində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri yaxınlığındakı dəmiyol keçidində bir yük maşınıyla toqquşması. Qatar relsdən çıxmış, yeddi vaqon atəşə tutulmuşdur. Qəza nəticəsində 18 nəfər həlak olmuş, 254 nəfər isə yaralanmışdır.
Hennenman–Krunstad qatar qəzası | |
---|---|
ing. Hennenman–Kroonstad train crash | |
Detallar | |
Tarix |
|
Yer | Krunstad şəhəri yaxınlığı |
Ölkə | Cənubi Afrika Respublikası |
Statistik məlumatlar | |
Qatarlar | 1 |
Sərnişinlər | 429 |
Həlak olanlar | 18 |
Yaralananlar |
|
4 yanvar 2018-ci il tarixində, yerli vaxtla 09:15 (07:15 UTC) radələrində[1] "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri və Hennenman qəsəbəsi arasında yerləşən dəmiyol keçidində bir yük maşınıyla toqquşmüşdür. Qəza Yohannesburq şəhərindən təxminən 200 kilometr (120 mil) uzaqda baş vermişdir.[2][3][4] Lokomotiv və 12 vaqon relsdən çıxmışdır.[5] Vaqonların 7-i yanmışdır.[6] Qatarda 429 sərnişin var idi. Qəza nəticəsində 18 nəfər ölmüş,[7] 254 nəfər isə yaralanmışdır.[5]
Şahidlərin verdiyi məlumata görə, qatar sürücüsünün xəbərdarlığına baxmayaraq, yük maşının sürücüsü dəmiryol keçidində maşını saxlamaqda uğursuz olmuşdur.[8][9] Yük maşını təxminən 400 metr (1,300 ft) sürüklənmişdir.[1] Şəkillər Port-Elizabetdən Yohannesburqa gedən bir maşının relsdən çıxan qatar tərəfindən əzildiyini göstərir. Yük maşının sürücüsü toqquşmadan sağ çıxmışdır. O qaçmağa çalışmış,[9] ancaq polis tərəfindən tutulub xəstəxanaya göndərilmişdir.[2] Yerli vaxtla 20:50 radələrində axtarış və xilasetmə əməliyyatları təxirə salınmışdır.[10] Polis sürücüyə qarşı bir məhkəmə işi açmışdır.[11]
Cənubi Afrika Respublikasının Nəqliyyat Naziri Co Masvanqanyi qəza barədə bir tədqiqatın başladılacağını açıqlamışdır.[1] Masvanqanyi "Polis araşdırma aparır. Yük maşının sürücüsü bir yol seçdi... bu da çoxlu insanın ölümünə səbəb oldu."[2] Dəmiryolu Təhlükəsizliyi Tənzimləyicisi Cənubi Afrika Respublikasındakı dəmiryol qəzaları barədə aparılan tədqiqatların məsuludur.[12]